Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cız-bız
Cız-bız — Azərbaycan mətbəxi ve Güney Azərbaycanın Zəncan şəhərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər. Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cu ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) - Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
His
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Hil-hil oyunu
Hil-hil oyunu - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən,özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir.Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun.Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir. Hər oyunçuya bir dəyənək və 4-5 santimetrlikdə bir hil(pəl) lazımlıdır. Duz yerdə bir çala-mərə qazılır və ağacla asanca itələmək üçün üstündən 30-40 sm uzunluğunda bir arxcıq düzəldilir. Sonra oyunçuların sayına görə həmin mərənin xırda,çala("yuva") deyilən çalalar qazılır.
Alişa Kiz
Alisia Auqello-Kuk, səhnə adı ilə Alisia Kiz (ing. Alicia Keys; 25 yanvar 1981, Hells Kitçen[d], Nyu-York ştatı) — amerikalı müğənni, bəstəkar, aktrisa. Dünya üzərində bütün albomları 30 milyondan çox nüxsə satmış və müxtəlif mükafatların sahibidir. 11 Qremmi mükafatı qazanıb.
Bilədaraq (Hir)
Bilədaraq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 30 km cənub-şərqdədir.
Biz (roman)
Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. == Məzmun == Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. "İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur.
Bizvari hil
Bizvari hil, Nepal hili (lat. Amomum subulatum) - hil cinsinə aid bitki növü.
Con Hik
Con Hik (20 yanvar 1922, Skarboro, Nort-Yorkşir[d] – 9 fevral 2012[…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır. == Bioqrafiyası == 20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur.
Con Hil
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Daniel Kiz
Daniel Kiz — Amerika yazıçısı. == Həyatı == Daniel Kiz 9 avqust 1927-ci ildə New Yorkda anadan olmuşdur. Ohaya universitetində fəxri professor olan Daniel Kiz Floridada yaşayıb. Elcernon üçün güllər ona “Hüqo” və “Nebula” mükafatlarını qazandırmışdır. Həmçinin bu romanın əsasında çəkilmiş “Çarli” filmi “Oskar” mükafatını almışdır. Səkkiz kitab yazan müəllif 15 İyun 2014-cu ildə vəfat etmişdir. == Mükafatlar == 1960-cı ildə "Elcernon üçün güllər" hekayəsi "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hüqo" mukafatına layiq görülmüşdür. 1966-cı ildə isə eyni adlı romanı "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Diz (Xoreşrüstəm)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).