HIR

I
(Kürdəmir)
hünər. – Tay əvvəlki hırım qalmayıb, qocalmışam
II
(Bolnisi, Çənbərək)
axmaq
III
(Lerik)
narın yağış. – Uşağlar, hır gəlir
IV
(Bakı, Salyan)
acıq, hirs, qəzəb. – Diyəsən gənə hırın tutub (Salyan); – Hırı gəlib, sən alla: dindirmə unı (Bakı)
V
hır sürməg:
(Bakı, Salyan)
müəyyən müddət davam etmək. – Bu qrip elə şöğəribdi ki, hırın sürməmiş əl çəkən döür (Bakı); – Xəsdəlig hırın sürmeyincə gedmir (Salyan)
HINZIR
HIR DÜŞMƏG
OBASTAN VİKİ
Hıramo
Hıramo — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Lerik rayonunun Bilabənd kənd inzibati ərazi vahidi tərkibindəki Hiramo kəndi Lerik qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. == Toponimiyası == Oykonim talış dilindəki hır (əkin) və hamo (hamar yer) sözlərindən ibarət "hamar sahədə əkin yeri" və ya talış dilindəki hır (duman, çən), -ə (bitişdirici sait) və mo (çökmüş) komponentlərindən ibarət "dumanlı, çənli" mənalarında olan söz kimi izah olunur. == Əhalisi == Əhalisi 174 nəfərdir.
Hırka-i Səadət
Hırka-i Səadət vaya Bürdə-i Səadət — Məhəmməd peyğəmbərə aid olduğuna inanılan və Topqapı sarayında xüsusi otaqda mühafizə edilən, keçi tükündən hazırlanmış geniş qollu əbadır. Rəvayətə görə, Məhəmməd peyğəmbər əbanı şəxsən özü səhabələrindən şair Kab ibn Züheyrə hədiyyə etmişdir. I Səlimin Misiri fəth etməsinin ardından İstanbula gətirlərək digər Müqəddəs Əmanətlərlə birlikdə xüsusi otaqda mühafizə edilir. == Xarici görünüşü == 1.24 metr uzunluğunda geniş qollu və qara rəngə çalan yunlu parçadan hazırlanmışdır. İç hissəsi ağ rəngdə kobud parçadan hazırlanmışdır. Qarşı sağ tərəfində 23*30 sm ölçülərində əskiklik var. Sağ qolunda da qopuq hissələri olan əba, 57*45*21 sm həcmində, üstdən açılan iki qapılı bir siyirmənin içində, boxcalara sarılmış formada mühafizə edilir. 1962-ci ildən bəri Topqapı sarayında sərgilənməyə başlanılmışdır. I Səlimdən Xəlifə Əbdülməcidə qədər səltənətə gələn bütün Osmanlı sultanları artıq saray ənənəsi olaraq Ramazan ayının 15-ci günü bu əbaya üz sürüb dualar edər, sonra yenə yerinə qoyardılar. == Tarixi == Qardaşı Büceyrin İslamı qəbul etməsinin ardından İslam dininə və onun peyğəmbərinə qarşı kəskin şeirlər yazmağa başlayan Kab ibn Züheyr Məkkənin fəthiylə birlikdə edam olunması ehtimal olunanlardan birinə çevrildi.
вру́нья конста́нтный перебели́ть пироплазмо́з ретуши́ровать самозака́ливание стригу́нчик сумасбро́дить тайни́к геоцентри́ческая система мира запи́ть почи́нка знак лудога подстрекать epithalamic floriculturist mattress ostium quack-quack Quincy stingy Z-axis волокнистый припаивать