Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.
Şimali Amerika
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m).
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Şimali Asiya
Şimali Asiya — bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir. Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır .
Şimali Avropa
Şimali Avropa — Avropanın şimalında tarixi-geosiyasi bölgə. Bu bölgəyə 5 ölkə — İsveç, Norveç, Finlandiya (Svandinaviya ölkələri), Danimarka və İslandiya daxildir.
Şimali Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Şimali Brabant
Şimali Brabant — Niderlandda yerləşən və Belçika ilə hüdudlanan ərazidir. Ən böyük şəhəri Eyndhovendir.
Şimali Brianson
Şimali Brianson (fr. Briançon-Nord) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Brianson dairəsinə daxildir. Kantonun INSEE kodu — 0506. Şimali Brianson kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Brianson kommunasıdır. 2007-ci ildə əhalinin sayı 4 936 nəfər təşkil edirdi.
Şimali Cimahi
Şimali Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Şimali Cimahi rayonunun əhalisi 158,633 nəfər idi. Şimali Cimahi 4 kəndə bölünür.
Şimali Dakota
Şimali Dakota (ing. North Dakota) — ABŞ-nin mərkəzi hissəsinin şimalında yerləşən ştat "şimal-qərb mərkəzi" adlandırılan ştatlardan biridir. Əhalisi 723 393 nəfərdir (ştatlar arasında 48-ci yer; 2013-cü il məlumatları; ABŞ əhalisinin 0,21%-i). Onlardan 50,1% qadınlar, 49,9%-ni isə kişilər təşkil edir. Etnik tərkibi: almanlar — 43,9 %, norveçlilər — 30,1 %, irlandlar — 7,7%, hindilər, isveçlilər, ingilislər və fransızlar — 5%. Ruslar — 25 min nəfərdir. Ailə üzvlərinin orta sayı 3-dir. Dövlətin paytaxtı Bismark şəhəridir. Farqo - ştatın ən böyük şəhəri, digər böyük şəhərlər isə Qrend Forks və Maynotdur. Ştatın ərazisində ABŞ Hərbi Hava Qüvvələrinin iki aviabazası — Maynot şəhərindən 21 km şimalda yerləşən "Minot" və Qrend-Forks şəhərindən 26 km qərbdə yerləşən "Qrend-Forks" aviabazaları yerləşir.
Şimali Hindistan
Şimali Hindistan — yerli olaraq Uttar Bhārat/Āryavarta (Devanagari: उत्तर भारत/आर्यवर्त, Nəstəliq: اُتّر بهارت) və ya Šumālī Hindustān (Devanagari: शुमाली हिन्दुस्तान, Nəstəliq: شُمالی ہندوستان) kimi tanınan, sərbəst olaraq müəyyən olunmuş region. Hindistanın şimal hissəsindən ibarətdir.
Şimali Hollandiya
Cənubi Hollandiya (nid. Noord-Holland [ˈnoːrt ˈɦɔlɑnt] ( dinlə), Qərbi Friz dialekti: Noard-Holland) — Şimal dənizində və Niderlandın şimal-qərb hissəsində yerləşən vilayət. Vilayətin mərkəzi Haarlem və onun ən böyük şəhəri Amsterdamdır.
Şimali Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimali Kareliya
Şimali Kareliya (fin Pohjois-Karjala; isv. Norra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Şimali Savoniya, Cənubi Savoniya, Cənubi Kareliya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Yoensuu şəhəridir. Şimali Kareliya dövlət səhiyyə işçiləri arasında məşhurdur. 1960-cı illərdə Finlandiya sənayeləşmiş ölkələr içərisində ürək xəstəlikləri ölüm rəqəminə görə liderlik edir; Şimali Kareliya Finlandiyada ən yüksək ölüm rəqəminə sahib idi. 1972-ci ildə Şimali Kareliyadakı bu riski hədəf alan uzunmüddətli bir layihə həyata keçirildi. Nəticədə xalq sağlamlığındakı yaxşılaşma hələ də əlamətdar sayılır və xalqın geri qalan hissəsi üçün bir modeldir. Vilayət 3 rayon və 13 kommunadan ibarətdir. 5 kommuna şəhər statusuna sahibdir.
Şimali Karolina
Şimali Karolina (ing. North Carolina) - ABŞ-nin cənub-şərq hissəsində yerləşən ştat. Şimali Karolina, ərazisinə görə 28-ci, əhalisinə görə isə ölkənin 9-cu ştatıdır. Şimalda Virciniya, şərqdə Atlantik okean, cənubda Corciya və Cənubi Karolina, qərbdə Tennessi ilə həmsərhəddir. Raley paytaxtı, Şarlot isə ən böyük şəhəridir. 2018-ci ildə təxminən 2,569.213 nəfər əhalisi olan Şarlot, ABŞ-də Nyu-Yorkdan sonra ölkənin ən böyük bank mərkəzi olan, ştatın ən çox əhalisi olan metropolisidir. Raley şəhəri, 2018-ci ildə təqribən 1,362.540 əhalisi ilə ştatın ən böyük 2-ci bölgəsidir və ABŞ-dakı ən böyük tədqiqat parkı olan Tədqiqat Üçbucağı Parkına ev sahibliyi edir. Şimali Karolina 1729-cu ildə kral koloniyası olaraq qurulmuş və ölkənin yerli on üç koloniyasından biridir. Şimali Karolina Britaniya koloniyasını ilk yaradan İngiltərə Kralı I Karlın şərəfinə adlandırılmışdır. 21 noyabr 1789-cu ildə Şimali Karolina ABŞ Konstitusiyasını təsdiqləyən 12-ci ştat oldu.
Şimali Rodeziya
Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur. O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur. BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.
Şimali Vəziristan
Şimali Vəziristan (urdu شمالی وزیرستان), (ing. North Waziristan) — paytaxtı Miranşah şəhəri olan Pakistan İslam Respublikasının Hayber-Paxtunxva əyalətinin dairəsi. Sahəsi 11,585 km². Əhalisi 543,254 (2017). 31 may 2018-ci il tarixinə qədər o, Federal İdarə olunan Qəbilə Əraziləri daxilində bir agentlik idi. Şimali Vəziristan şimalda Kurram çayı (Toçi çayı) və cənubda Qomal çayı arasındakı Hayber-Paxtunxvanın qərb və cənub-qərbindəki ərazini əhatə edir. Miranşah Şimali Vəziristan bölgəsinin paytaxtıdır. Bannu şəhəri vilayətin şərqində, ən böyük şəhəri olan Xost isə sərhədin Əfqanıstan tərəfində yerləşir.
Şimali Sporadlar
Şimali Sporadlar (yun. Βόρειοι Σποράδες) — Egey dənizində, Yunanıstanın şərq sahillərində, Evbeyanın şimalında yerləşən arxipelaq. 14 ən böyük adadan yalnız 4-də məskunlaşmışdır. Onlar: Alonisos, Skiatos, Skiros, Skopelos.
Şimali Kipr
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Şimali Koreya
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
Şimali Kürdüstan
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
Şimali Lefkoşa
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Şimali Lyan
Şimal Lyan dövləti — 397-ci ildə hazırkı Sintzyan-Uyğur Muxtar Rayonunda və Monqolustanda mövcud bir Hun dövlətidir. Hökmdarları özlərini "vanq" yəni kral adlandırıldı. Dövləti Cüçü sülaləsi idarə edirdi. Bu adı ona görə seçmişdilər ki, onların əcdadları Mete xanın sol Cüçü şahzadələri idi. 460-cı ildə dövlət Jujan xaqanlığı tərəfindən fəth olundu. Yuyçzülyü Tuxeçjen Şimali Lyanı ləğv edərək yerində Jujanlardan asılı Qaraxoca dövlətini qurdu. Jacques Gernet (1996). A history of Chinese civilization. Cambridge University Press.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Siyablı
Siyablı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Oykonimin düzgün variantının Siyabili olduğu söylənilir. Tədqiqatçılar bu coğrafi adı talış dilinin materialları əsasında “qara ördək“, “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edir, hətta siyablı nəsil adı ilə də bağlayırlar. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Şıxbağı
Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Şıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır.
Şimallı
Şimallı (ing. The Northman) — ssenarini İslandiya şairi və yazıçısı Sjon'la birgə yazan Robert Eqqersin rejissoru olduğu epik tarixi qorxu filmidir. Nikol Kidman, Anya Teylor-Coy, Björk, Ralph Ineson, İtan Houk və Willem Dafoe də baş rollardadır. 22 aprel 2022-ci ildə Focus Features tərəfindən nümayiş etdirilib.