Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası. == Həyatı == Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur.Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur. Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir. İlk dəfə muncuqlarla sənət əsərləri yaratmağa 1973-cü ildə başlayan Sitarə ilk kompozisiyası olan "Boxça"nı həmin ildə yaratmışdır.
Luts Diter Şmadel
Luts Diter Şmadel (alm. Lutz Dieter Schmadel‎; 2 iyul 1942, Berlin – 21 oktyabr 2016) — Almaniya astronomu və asteroidləri kəşf edən. == Həyatı == O, Heydelberq Universiteti yanında Astronomik Hesablamalar İnstitutunda işləmişdir və asteroidlərin orbitlərinin öyrənilməsində ixtisaslaşmışdır. 1990-1993-cü illərdə və qismən olaraq 1960-cı ildə onun tərəfindən 244 asteroid aşkar edilmişdir ki, onların bir hissəsi Fraymut Börngen və Raynor Stoss (ing. Reiner M. Stoss) ilə birgə tapılmışdır.12.804 (2006-cı ilin mart ayına qədər) kiçik planetin aşkarlanması və adlandırma xüsusiyyətləri haqqında məlumatları ehtiva edən "Dictionary of minor planet names" lüğətinin müəllifidir. Xidmətlərinə görə (2234) Şmadel asteroidi onun adını daşıyır. == Kitabları == Dictionary of minor planet names (5th Edition). Springer Verlag, Berlin/Heidelberg 2003, ISBN 3-540-00238-3 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2003—2005). Springer Verlag, Berlin/Heidelberg 2006, ISBN 3-540-34360-1 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2006—2008). Springer Verlag, Berlin/Heidelberg 2006, ISBN 3-642-01964-1 Dictionary of minor planet names (6th Edition).
Sindel (Mortal Kombat)
Sindel (ing. Sindel) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Şahzadə Kitananın anasıdır. Əri olan Cerrodu öldürən Şao Kanndan qisas almaq üçün ona qarşı vuruşur. Sonda ərinin ruhunu Edeniyaya geri qaytarır.
Sitarə: Qızlar xəyal edəcək
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. == Məzmun == Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. == Film haqqında == "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. == Film festivalları == === Los-Anceles Animasiya Festivalı === Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Sitarə: Qızlar xəyal edəcək (film, 2020)