Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Fridrix Şur
Fridrix Şur (ing. Friedrich Schur; 1856 – 1932) — Alman riyaziyyatçısıdır; əsas işləri həndəsəyə, çevirmələr qrupuna aiddir; sabit əyriliyə malik Riman fəzası üzrə işlərin müəllifidir.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Sur (Diyarbəkir)
Sur ― Türkiyənin Diyarbəkir ilinin ilçələrindən biri. Sur Diyarbəkır qalasının içərisində yerləşən tarixi yerdir. İlçə adını qala divarlarından (türk. sur) götürmüşdür. == Tarix == Sur ilçəsi 2008-ci ildə Diyarbəkir ilində mərkəzi tarixi yaşayış yeri olaraq qurulmuşdur. İlçə Dəclə çayının sahilində, Karaca vulkanının felsik lavası üzərində, dəniz səviyyəsindən təxminən 600 metr (2,000 ft) yuxarıda yerləşir. Bölgədəki çoxsaylı tarixi bina və tikili tarix boyu aid olduğu müxtəlif sivilizasiya və zəngin mədəniyyətlərin şahidi olmuşdur.Surun tarixi 7 500-cü ildən başlayır. Arxeoloji qazıntılar dünyanın ən qədim yaşayış məntəqəsinin bölgədə mövcud olduğunu göstərmişdir. Ərazidə hökm sürən sivilizasiyalara Hurrilər (Tunc dövrü), Mitanni (e.ə. 1500 — e.ə.
Sür-papaq
Sür-papaq — Azərbaycan qədim milli atüstü oyunlarından biri. Bəzən atüstü basketbol da adlandırılır. Sür-papaq oyununa bənzər oyunlardan Argentinada pato, Avropada isə horsbolu nümunə göstərmək olar. == Oyunun qaydaları == Sür-papaq oyunu hər birində 4–8 nəfər idmançı olan iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir (10+10). Oyunun birinci yarısından sonra komandalar 5 dəqiqə istirahət edirlər və qapıları dəyişirlər, oyun mərkəzdən başlanır. Oyun heç-heçə qurtardığı halda qalib komandanı müəyyən etmək məqsədilə oyuna 10 (5+5) dəqiqə əlavə vaxt verilir. Əlavə vaxtda qalib müəyyən olunmasa, hər komandaya 5 top-papaq atmaqla 5 metrlik cərimə zərbələri təyin olunur. Bu zaman hesab heç-heçə olarsa, hər komanda maksimum 5 top-papaq olmamaqla ilk itirilən top-papağa qədər cərimə zərbələrinin atılması davam edir. Bu halda da qalib müəyyən edilməsə, qalib püşkatma yolu ilə müəyyən edilir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941, Tel-Əviv, Britaniya Fələstini[d]) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
Şur (1967)
== Məzmun == Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. == Festivallar və mükafatlar == 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalıFilm mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Şur (dəqiqləşdirmə)
Şur — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Şur (simfonik muğam) — 1948-ci ildə Fikrət Əmirovun orkestr üçün bəstələdiyi simfonik muğamlardan biri. Şur (balet) — 1968-ci ildə Fikrət Əmirovun bəstələdiyi xoreoqrafik novella.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Antreq-sür-Trüyer
Antreq-sür-Trüyer (fr. Entraygues-sur-Truyère, oks. Entraigas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-sür-Trüyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12094. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 33 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1171 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyat == 2007-ci ildə 644 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 196 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 69.6%, 1999-cu ildə 67.5%).
Anyer-sür-Son
Anyer-sür-Son (fr. Asnières-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01023. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi.
Anyer-sür-Uaz
Anyer-sür-Uaz (fr. Asnières-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 2.498 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 31 km şimalında, Serji belediyyənin 24 km şimal-şərqdə yerləşir.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Arnak-sür-Durdu
Arnak-sür-Durdu (fr. Arnac-sur-Dourdou, oks. Arnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12009. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 75 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 23 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 12 yaşdan yuxarı (15-64 yaş arasında) 8 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 50.0%).
Aspr-sür-Büeş
Aspr-sür-Büeş (fr. Aspres-sur-Buëch, oks. Aspres de Buech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-sür-Büeş kantonuna daxildir. INSEE kodu — 05010. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 778 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 438 nəfər (15-64 yaş) arasında 277 nəfər iqtisadi fəal, 161 fəaliyyətsiz (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 61.5%) idi. Fəal 277 nəfərdən 242 nəfəri (126 kişi və 116 qadın), 35 nəfəri işsizdir (14 kişi və 21 qadın).
Balaqye-sür-Rans
Balaqye-sür-Rans (fr. Balaguier-sur-Rance, oks. Balaguièr de Rance) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-sür-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12019. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 55 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 95 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 61 yaşda (15-64 yaş arasında) 37 nəfər iqtisadi cəhətdən fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 60,7%, 1999-cu ildə 63.1%).
Barre-sür-Meuj
Barre-sür-Meuj (fr. Barret-sur-Méouge, oks. Barret sus Meüja) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05014. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 214 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 158 nəfər (15-64 yaş) arasında 94 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 48.3%) idi. Fəal olan 94 nəfərdən 80 nəfər (44 kişi və 36 qadın), 14 nəfər işsiz (11 kişi və 3 qadın) idi.
Belmon-sür-Rans
Belmon-sür-Rans (fr. Belmont-sur-Rance, oks. Bèlmont de Rance) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-sür-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12025. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 110 km şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1017 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 458 nəfər iqtisadi cəhətdən fəal, 231 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 66.5%, 1999-cu ildə 64.9%).
Belriv-sür-Alye
Belriv-sür-Alye (fr. Bellerive-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03023. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8579 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 4890 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 3361 nəfər iqtisadi fəal, 1529 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68,7%, 1999-cu ildə 67.1%). 3361 aktiv 2926 nəfər (1525 kişi və 1401 qadın) işləyir, 435 nəfər işsizdir (190 nəfər və 245 qadın). 1529 hərəkətsiz, 374 nəfər şagird və ya tələbə, 613 nəfər pensiyaçı, 542 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bern-sür-Uaz
Bern-sür-Uaz (fr. Bernes-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 2 200 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 35 km şimalda, Serji belediyyənin 18 km şimal-qərbdə yerləşir.
Besse-sür-Alye
Besse-sür-Alye (fr. Bessay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03025. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1417 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 922 nəfərdən (15-64 yaş) 690 nəfər iqtisadi cəhətdən fəal, 232 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 74.8%, 1999-cu ildə 74.2%). Fəal olan 690 nəfərdən 639 nəfər (331 kişi və 308 qadın), 51 nəfəri işsizdir (20 kişi və 31 qadın). 232 hərəkətsiz 74 nəfər arasında şagird və ya tələbə, 88 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.