SUR

I
(Borçalı, Salyan)
hökm. – Bir işdən çıxıf, əmə suru gənə yeriyer
II
(Salyan)
kef, əhval. – Həsənə no:lub, gənə surı yoxdu?
SUPQUN
SURATGƏLMƏ
OBASTAN VİKİ
Bettange-sur-Mess qəsri
Bettange-sur-Mess Castle (fr. Château de Bettange-sur-Mess) — Lüksemburqun cənub-qərbində Dippach yaxınlığındakı Bettange-sur-Mess kəndində yerləşir. 1753-cü ildə René Louis de Geisen tərəfindən tikilən qala bir neçə dəfə mülkiyyətini dəyişdirmişdir. 1996-cı ildən bəri, Valideynlər Dərnəyi Əlilliyi Əlillər Dərnəyi tərəfindən idarə olunan əqli qüsurlu insanlar üçün yenidən təhsil mərkəzidir.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur. İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Sur (Diyarbəkir)
Sur ― Türkiyənin Diyarbəkir ilinin ilçələrindən biri. Sur Diyarbəkır qalasının içərisində yerləşən tarixi yerdir. İlçə adını qala divarlarından (türk. sur) götürmüşdür. Sur ilçəsi 2008-ci ildə Diyarbəkir ilində mərkəzi tarixi yaşayış yeri olaraq qurulmuşdur. İlçə Dəclə çayının sahilində, Karaca vulkanının felsik lavası üzərində, dəniz səviyyəsindən təxminən 600 metr (2,000 ft) yuxarıda yerləşir. Bölgədəki çoxsaylı tarixi bina və tikili tarix boyu aid olduğu müxtəlif sivilizasiya və zəngin mədəniyyətlərin şahidi olmuşdur. Surun tarixi 7 500-cü ildən başlayır. Arxeoloji qazıntılar dünyanın ən qədim yaşayış məntəqəsinin bölgədə mövcud olduğunu göstərmişdir. Ərazidə hökm sürən sivilizasiyalara Hurrilər (Tunc dövrü), Mitanni (e.ə.
Sur-e İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Azad Suriya Ordusu
Azad Suriya Ordusu (ərəb. الجيش السوري الحر‎) — bəzi mənbələrə görə Suriyanın azadlığı uğrunda mübarizə aparan ordu. Hərbi birləşmə şəkilndə yaranan ordu 29 iyun, 2011-ci ildə yaradılmışdır. İlk dövrlər ordunun tərkibi min nəfərdən ibarət olmuşdur. 2011-ci il Suriya iğtişaşlarının şiddətlənməsi səbəbindən ASO qoşulanların sayı sürətlə artmışdır. Hal-hazırda ASO tərkibində döyüşən şəxslərin sayı 40.000 nəfərə çatmışdır.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Azərbaycan–Surinam münasibətləri
Azərbaycan–Surinam münasibətləri — Azərbaycan Respublikası ilə Surinam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 2000-ci ilin fevral ayının 11-də qurulmuşdur.
Azərbaycan–Suriya münasibətləri
Azərbaycan–Suriya münasibətləri — Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 28-də qurulmuşdur. Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Əli Abbasov olmuşdur.
Aşağı Surra
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir. Redaktor: Ağali Sadıqov Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir.
Aşağı Surra bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Badabe Surt
Badabe Surt — İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir. 2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Beyyinə Surəsi
98-ci surə
Bulbophyllum surigaense
Bulbophyllum surigaense (lat. Bulbophyllum surigaense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Buruc Surəsi
85-ci surə əl-Buruc (Bürclər) surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir). Surə adını ilk ayədə işlənən və bürclər mənasını verən əl-Buruc sözündən götürmüşdür. Sürənin Məkkə dövrünün ortalarında bütpərəstlərin müsəlmanlara qarşı əziyyət və işgəncələrə başlamalarından sonra endirildiyinə inanılır. Buruc sürəsində Allahın qüdrətindən, Allah uğrunda sıxıntı çəkənlərin cənnətə gedəcəklərindən, müsəlmanlara zülm edənləri üçün isə pis sonun olduğundan bəhs edilir.
Böyük Suriya
Böyük Suriya, Tarixi Suriya (ərəb. سوريا التاريخية‎‎), Təbii Suriya (ərəb. سوريا الطبيعية‎ Sūriyā aṭ-Ṭabīʿiyya) və ya Bilad əş-Şam (ərəb. بلاد الشام‎) — adətən bu ərazi indiki Levantı, yəni Suriyanı, Livanı, Türkiyənin Hatay ilini, İsraili, İordaniyanı və Fələstini əhatə edir. Daha geniş tərif ilə "Təbii Suriya" termin Suriya Sosial Milliyyətçi Partiyası (SSMP) tərəfindən də istifadə edilməkdədir.
BƏƏ–Suriya münasibətləri
BƏƏ—Suriya münasibətləri — BƏƏ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. BƏƏ-nin Dəməşqdə, Suriyanın Əbu-Dabidə səfirliyi və Dubayda baş konsulluğu vardır. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır. 25 sentyabr 2013-cü il tarixində BƏƏ Xarici İşlər Naziri Abdullah bin Zayed əl-Nahyan ölkəsinin suriyalılara və onların dövlətlərinə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün qanuni istəklərinə dəstək verməyə davam edəcəyini bildirir. Lakin BƏƏ Bəşər Əsəd hökumətini dəstəkləməkdə fəal olmur. 13 yanvar 2014-cü il tarixində Dubay əmiri, Baş nazir və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum ölkənin başında Əsədlə müharibəni bitirmək üçün uzunmüddətli bir həll ola bilməyəcəyinə dair mövqeyini dilə gətirir və Suriya prezidentinin nəticədə hakimiyyəti itirəcəyini bildirir. BƏƏ-nin Suriya münaqişəsi ilə bağlı mövqeyi Səudiyyə Ərəbistanı və ya Qətərdən fərqli olaraq "daha az aqressiv", lakin Misirdən fərqli "Əsəd üçün əlverişsiz" olaraq xarakterizə edilir. . Buna baxmayaraq BƏƏ Suriyada Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən gələn üsyançı qrupların dəstəyini tənqid edərkən, sülh nizamlanmasının bir hissəsi olaraq, hakimiyyətdə qalan Əsədə açıq olduğunu göstərir. 2019-cu ilin yanvar ayının əvvəlində Suriyada səfirliyin açılışından sonra Emirates, FlyDubai və Etihad yenidən Suriyaya uçuş planlarını elan edir, lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı heç bir açıqlama verilir. Suriya hökuməti ilə əlaqələri bərpa etmək məqsədilə BƏƏ 2019-cu ilin yanvarında Suriyanın ticarət nümayəndə heyətini qəbul edir.
Bələd Surəsi
90-cı surə
Bəqərə surəsi
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. Surənin 67-71 ayələri Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Bəyyinə Surəsi
98-ci surə
Cahangir Surxayzadə
Cahangir Hətəm oğlu Surxayzadə (9 iyul 1996, Qaynaq, Tərtər rayonu — 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Tərtər rayonunun Qaynaq kəndində Hətəm Əliyev və İltifat Qasımovanın ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Tərtər rayonu Qaynaq kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. Cahangir Surxayzadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Cahangir Surxayzadə yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vurduqdan sonra Azərbaycanın Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmətə başlamışdır. Cahangir Surxayzadə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin tərkibində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin atıcı və meteomüşahidəçisi olaraq iştirak etmişdir.
Calliandra surinamensis
Calliandra surinamensis (lat. Calliandra surinamensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kalliandra cinsinə aid bitki növü.
Casiyə Surəsi
45-ci surə
Cin surəsi
72-ci surə
Cinn Surəsi
72-ci surə
Cumuə Surəsi
62-ci surə
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Erş
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.

Digər lüğətlərdə