Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siirt
Siirt — Türkiyənin Siirt ilinin inzibati mərkəzi.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. == Fiziki xassələri == Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. == Kimyəvi xassələri == Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] == Aınması == Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən == Tətbiqi == Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == XASSƏLƏRİ == === FİZİKİ XASSƏLƏRİ === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === KİMYƏVİ XASSƏLƏRİ === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri - müvafiq ketonlara, üçlü amil spirtləri - C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == ALINMASI == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İZOAMİL SPİRTİ == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir - (CH3)2CHCH2CH2OH .
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
İzopropil spirti
İzopropil spirti – (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS) – üzvi birləşmə olub, alifatik sıranın sadə ikili biratomlu spirtidir. Izopropanolun izomeri – propanol-1 mövcuddur. İzopropil spirti normal şəraitdə şəffaf, rəngsiz, kəskin iyli və yüngül acı dada malik mayedir[2]. İzopropil spirti kosmetika, parfümeriya, məişət kimyasında, avtomobil mayelərinin, tibbi məqsədlər üçün, şüşə təmizləyici vasitələrin, orqtexnikada və sənayedə üzvi maddələrin həlledicisi kimi etil spirtinin əvəzinə istifadə olunur. Inkişaf etmiş ölkələrdə izopraponol az zərərli olduğuna görə şəxsi gigiyena məhsullarında və tibbdə geniş istifadə olunur. Dimetilkarbinolun 75%-li sulu məhlulu əllərin dezinfeksiyaedici vasitəsi kimi istifadə edilir. Su dimetilkarbinolun bakteriyaların membran qəfəslərinə nüfuz etməsinə imkan yaradır, beləliklə daha effektiv zərərsizləşdirir. İzopropil spirti həmçinin tibbdə xarici otit üçün proflaktik vasitənin köməkçi komponenti kimi də işlədilir. Dermatitin müalicəsində dərinin zərərçəkmiş hissəsini silməklə effektiv nəticə verir, bu zaman dəriyə zərərli təsiri cüzi olur. İzopropil spirti bütün uçucu spirtlər kimi oddan təhlükəlidir.
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Siirt ili
Siirt ili — Türkiyədə il. == Dil == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 232 min nəfər əhalisinin 167 min nəfəri ana dilini kürdcə, 35 min nəfəri ərəbcə, 30 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Şirvan (Siirt)
Şirvan (Farsca; سیروان, Türkcə; Şirvan) — Siirt ilinin bir ilçəsidir. == Ümumi məlumat == Şirvan ilçəsi eyni zamanda bəkməziylə də ünlüdür. Dişlinar kəndində becərilən zivzik narı ilə məşhur olub Ormanbağı kəndi bəkməziylə de meşhurdur. İlçədə canlı alabalıq vətəgələri mövcud olub Siirt ili ilə arasındakı məsafə 26 km dir. İki tarixi kilisə sadəcə Şirvan ilçəsi sərhəd-sınırları içərisində olub Mədən kəndində mis mədəni var. Burdan çıxarılan mis xam maddə olaraq xaricə göndərilməkdədir.
Sirt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt Yengicə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İrkutskda kütləvi spirt zəhərlənməsi (2016)
İrkutskda kütləvi spirt zəhərlənməsi (rus. Массовое отравление метиловым спиртом в Иркутске) - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi. Hadisə nəticəsində 62 nəfər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabun və şampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.