Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Cav.
Antonio Xose Kavanilyes (isp. Antonio José (Joseph) de Cavanilles (Cavanilles y Palop), kat. Antoni Josep Cavanilles i Palop, 16 yanvar 1745, Valensiya, İspaniya — 5 may 1804, Madrid, İspaniya) — İspaniya botaniki. == Təsnif etdiyi bitkilər == == Çap olunmuş əsas işləri == Observationes sorbe la historia natural, geografia, agricultura, población y frutos del regno de Valencia Por don Antonio Josef Cavanilles. En Madrid: en la Imprenta Real, 1795–1797 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine Glosario de botánica en cuatro lenguas, 1795–1798 Descriptiones de varias plantas exoticas, 1799–1804 Elenchus plantarum Horti regii Madridensis, 1803 Géneros y especies de plantas demostradas en las lecciones públicas del año 1802.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Cava (şəhər)
Cava (gürc. ჯავა ; oset. Дзау, Dzaw; rus. Джава Dzhava) Gürcüstanda təxminən 1500 nəfərlik bir şəhərdir (Cənubi Osetiyada). Gürcüstanın hazırkı rəsmi inzibati bölgüsünə görə, Cava Şida Kartli bölgəsinin şimalındakı Cava rayonunun əsas şəhəridir. Cənubi Osetiya tərəfinə görə Dzau rayonunun inzibati mərkəzidir. Şəhər Böyük Qafqazın cənub yamaclarında, Böyük Liaxvi dərəsində, dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Cava, Tsxinvalidən sonra Cənubi Osetiyanın ikinci böyük şəhər yaşayış məntəqəsidir. Avropadakı Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı xaricində, Gürcüstan-Osetiya münaqişə bölgəsinin müəyyən edilmiş sərhədləri - Tsxinvali'nin 15 km radiusundakı bir ərazidir. Bu şəhər 2008-ci ildə Cənubi Osetiya müharibəsində böyük rol oynadı, Gürcüstanın hücumu zamanı Cənubi Osetiya hərbi qüvvələrinin əksəriyyəti orada yerləşirdi .
Cavaş (Mərənd)
Cavaş (fars. جواش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 927 nəfər yaşayır.
Gevork Çavuş
Huqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Jaguar Cars
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Karlos Çaves
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. == Həyatı == P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir. == Fəaliyyəti == Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi.
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Lotus Cars
Lotus Cars, 1952-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil şirkətidir. Bu gün şirkət Protonun bir hissəsidir.
MG Cars
MG Cars — 1924-cü ildən 2005-ci ilə qədər idman avtomobilləri çıxaran Britaniya avtomobil markası. İki qapılı üstü açıq idman avtomobilləriylə tanınır. 2005-ci ilin iyul ayında Çinin Nanjing Avtomobil Qrupu MG adını və onun istehsal müəssisələrini satın aldı. "MG" adını və fabrikini satın alan ikinci Çin şirkəti Nanjing de, Çin və İngiltərədə NAC MG adı ilə istehsalata başladı. 2007-ci ildən bəri Çinin digər SAÍC qrupu ilə birləşərək istehsala davam etdilər.
Qevorq Çavuş
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Uqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Cavi əlifbası
Cavi əlifbası və ya Yava əlifbası (Cavi: توليسن جاوي; Tulisān Jāwī) ərəb əlifbasının Cənub-Şərqi Asiya dillərinə müvafiq edilmiş olan formasıdır. Malay, Açe, Tay, Bancar, Minanqkabau, Tausuq dili və bir çox digər Cənub-Şərqi Asiya dillərində yazı üçün bu əlifbadan istifadə edilir. Cavi əlifbası Bruneydə rəsmi əlifba hesab olunur. Malayziyada isə alternativ əlifba kimi istifadə olunur. İndoneziyada, Sinqapurda, Filippinin cənub hissəsində yerləşən Müsəlman Mindanao Muxtar Regionunda və Taylandda müsəlmanların çoxluq təşkil etdiyi Pattanidə dini məqsədlər üçün bu əlifbadan istifadə olunur. == Etimologiyası == "Cavi (جاوي)" sözü ərəbcə "Jāwah (جاوة)" sözündən götürülmüşdür və bu sözdən Yava adasını və onun ətrafındakı əraziləri göstərmək etmək üçün istifadə olunur. "Cavi (جاوي)" sözü isə bu adalarda yaşayan insanları göstərmək üçün istifadə olunur. == Tarixi == Cənub-Şərqi Asiyanın İslamdan əvvəlki əlifbaları Qrantha əlifbası və Vatteluttu əlifbası olmuşdur. Sözügedən region islamlaşdıqdan sonra isə bu əlifbaların yerinə Cavi əlifbası istifadə edilməyə başlanmışdır. Cavi əlifbası, Malakka sultanlığı, Açe sultanlığı, Cohor sultanlığı, Sulu sultanlığı, Pattani sultanlığı, Ternate sultanlığı kimi tarix boyu bu regionda hökmranlıq etmiş olan müsəlman dövlətləri tərəfindən aktiv formada istifadə edilmişdir.
Çavuş (Altınova)
Çavuş — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. 1911-ci ildən qeydlərə düşən kəndin köhnə adı Təvfikiyyə olmuşdur. Kəndin adı sonradan "Çavuşköy" olaraq dəyişdirilmişdir. Kənd Yalova vilayətindən 39 km, Altınova rayonundan isə 16 km məsafədədir.
Çavuş (dəqiqləşdirmə)
Çavuş — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Çavuş (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Cosmos Cav.
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Elməddin Nəsibov (çavuş)
Elvin Məmmədov (çavuş)
Elvin İsmayılov (çavuş)
Elçin Həsənli (çavuş)