Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Syzygium makul
Syzygium makul (lat. Syzygium makul) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Çaku (Sərdəşt)
Balan (fars. چكو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (54 ailə).
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Camel
Camel (musiqi qrupu)
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Çakra
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir. Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir. Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik. Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır. Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır.
Çakrulo
Çakrulo — Gürcü (Kartl-Kaxeti) klassik, xor, polifonik süfrə mahnısı. Polifoniyanın klassik nümunələrindən biridir. Mahnını ilk yazan Zakaria Paliaşvili olub, hansı Vaçnadziani kəndində (Gürcaani bələdiyyəsi) edib. Mahnı mürəkkəb dəyişikliklərdir. Daxili kompozisiya ilə „Köhnə süfrə“ və „Süfrə və onun əlavəsi“ mahnıları ilə üst-üstə düşür. Mahnı variantların mətnləri bir qədər fərqlidir. Vaçnadziani çakrulosunun mətni nəsrdir, harda epik təmiz poetik mətnlərlə qarşılaşırıq. 2001-ci ildə, Gürcüstan polifoniyası UNESCO tərəfindən insanlığın şifahi və qeyri-maddi irsinin şah əsəri kimi tanınmışdır. „Çakrulo“ UNESCO-nun Dünya İrs Siyahısına daxil oldu. Çakrulo, 20 Avqust 1977-ci ildə Voyacer 2-lə kosmosa göndərilmiş Voyacer qızıl plastinkasına daxil olan 27 musiqili əsərlərdən biri idi.
Çakvi
Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır. == Əhalisi == Çakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir.
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatkal
Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — Qırğızıstan və Özbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır. == Təsviri == Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km². Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir.Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir. Bu söz də öz növbəsində latınca "xidmətçi" mənasını verən "serviens" sözündən törəmişdir.
Akula-zebr
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Akyul (Xaybulla)
Akyul kəndi (başq. Аҡъюл) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Akyul kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 71 km., kənd sovetliyindən (Qaliəhməd): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 127 km.Ərazisində Yılayır çayı Samara çayına tökülür. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Baba Çakalo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Babül şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Baqul Berdiyeva
Baqul Berdiyeva (18 may 1995) — Türkmənistanlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Baqul Berdiyeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Baykul gölü
Baykul gölü (tatar. Байкү́л, Карамалы күле) — Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Malıy Karmalı kəndindən 0,8 km cənub-qərbdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 340 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 3,93 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 100 m³-dir. Yeraltı sularla qıdalanır.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.