Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Banq Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi.Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung) ingilis qadın aparıcı və modeldir.BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Canq Linq
Canq Çonq (d. 16 iyun 1996) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Linq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Canq Veyvey
Canq Veyvey (d. 7 sentyabr 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Veyvey, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Çanq adası
Çanq adası-(tay เกาะช้าง, буквально — "Слон")- Tailandın ən iri adalarındandır. İnzibati cəhətdən Trat əyalətinə daxildir.Bu adaya yaxınlığında olan bir çox kiçik adalar həmçinin Vay adası da daxildir. == Coğrafiyası == Çanq adası eyni adlı arxipelaqa aiddir. Sahəsi-215 km²-dir. Sahəsinə görə Pxuketa və Samuydan sonra Tailandın üçüncü adası hesab edilir. Adanın ən hündür nöqtəsi dəniz səviyyəsindən 743 m olub, Salakpxet dağındadır. Adanın əhalisi 2005-ci ilin statistik məlumatlarına görə 5356 nəfərdir. Əhali 8 kənddə yaşayır. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir. O, Hankonqdan 310 km məsafədə yerləşir.
İris Çanq
İris Şun-Ru Çanq (28 mart 1968-ci il – 9 noyabr 2004) Amerikalı jurnalist, tarixi kitabların müəllifi və siyasi fəal idi. O, ən çox 1997-ci ildə ən çox satılan Nankinq qırğını, Nankinqin zorlanması və 2003-cü ildə Amerikada Çinlilər: Anlatı Tarixi hekayələri ilə tanınır. Çanq 2007-ci ildə çəkilmiş “İris Çanqın tapılması” tərcümeyi-halı və 2007-ci ildə Olivia Çenqin İris Çanq rolunda oynadığı “İris Çanq: Nankinqin zorlanması” sənədli filminin mövzusudur. 2007-ci ildə çəkilmiş müstəqil sənədli film <i id="mwGw">Nanking</i> onun əsəri əsasında çəkilib və onun xatirəsinə həsr olunub. == Həyat və təhsil == İris Çanq materik Çindən Tayvana köçən və nəticədə ABŞ-yə mühacirət edən iki universitet professoru Ying-Ying Chang və Dr. Shau-Jin Chang-ın qızı idi. Çanq Nyu-Cersi ştatının Prinston şəhərində anadan olub və İllinoys ştatının Şampan-Urbana şəhərində böyüyüb. Çanq ana tərəfdən nənə və babasının qaça bildiyi Nankinq qırğını haqqında hekayələr eşidib böyüdü. O , Champaign Public Library- də bu mövzuda kitablar tapmağa çalışdıqda, heç bir kitab olmadığını gördü.İllinoys ştatının Urbana Universitet Laboratoriya Liseyində oxuyub və 1985-ci ildə oranı bitirib. O, əvvəlcə kompüter elmləri ixtisası üzrə idi, lakin 1989-cu ildə Urbana-Şampeyndəki İllinoys Universitetində bakalavr dərəcəsi qazanaraq jurnalistikaya keçdi Kollecdə oxuduğu müddətdə o, eyni zamanda Urbana-Champaign-dən New York Times- da stringer kimi çalışdı və bir il ərzində ön səhifədə altı məqalə yazdı.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. == Yaradılması və konsepsiyası == Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə içan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). === Xarakteri === Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin. Serialın yaradıcılarının sözlərinə görə, Buddizm və Taoizm Avatar üçün böyük ilham mənbəyi idi. Omaşu Kralı və Baş sarğısı seriyalarda göstərilir ki, Aanq vegetariandır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Cüng
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Dang
Dang — çəki ölçü vahidi. == Ümumi məlumat == Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsi ilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001-2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Qanq
Qanq və ya Qanqa (hind गंगा, GaṅgāIAST, [ˈɡəŋɡaː]) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Tanq
Tanq (qevoq) — Butanın qevoqu, Tanq çayının vadisində yerləşir. Tanq adası — eyni adlı arxipelaqın ən iri adası. Poçt Tanq (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. == Söz açımı == Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . == Tarixçə == Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Can Can
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. == Tarixi == Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Acanq Acanq qrupu
Acanq Acanq qrupu — Filippinin cənubundakı terror təşkilatı olan Əbu Səyyaf qruplaşmasının xüsusi bir qolu. Qrup "Əkiz bombalama" hücumları ilə məşhurluq qazanmışdır. 27 yanvar 2019-cu ildə Sulunun Xolo şəhərindəki Katolik kilsəsində baş vermiş partlayışın arxasından bu qrupun olduğu iddia edilmişdir. Hadisə nəticəsində 18 nəfər həyatını itirmişdir.
Canq (şəhər, Pakistan)
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi.Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Çang Hye-Jin
Çhan He Cin (13 may 1987, Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb. == Karyerası == Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-Sun və Ki Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan,nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
АМГ-10 aviasiya yağı
АМГ-10 yağı – aviasiyada istifadə edilən və özlülüyü 500C-də 10 сСт-dan aşağı olmayan mineral hidravlik yağdır. == Tətbiq sahəsi == АМГ-10 hidravlik yağı – aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatının ortagüclü hidravlik sistemlərində geniş iş temperatur intervalında (mənfi 600C-dən müsbət 55Superscript text0C-yə qədər) tətbiq olunur. АМГ-10 yağı öz tərkibinə görə həmçinin bütün mövsümlərdə işləyən ВМГЗ 45/60 yağını və digər aşağı özlülüklü hidravlik yağlarının çoxunu əvəz edə bilər. Hidravlik mayenin əsas funksiyası – mexaniki enerjini yarandığı yerdən istifadə edilən sahələrə yönəldilməsindən və tətbiq edilən gücün dəyəri və ya istiqamətini dəyişdirməsindən ibarətdir. == Standartlar == АМГ-10 yağı Rusuyada ГОСТ 6794-75 standartlarına uyğun istehsal olunur və Б qrup yağların aşağı özlülüklü hidravlik yağlarına aiddir. Beynəlxalq təsnifat üzrə (İSO 6743-4) АМГ-10 yağı HL qrupuna daxidir. АМГ-10 yağının istehsal texnologiyası neft fraksiyalarının hidrokatalitik və ekstraksiya təmizlənmə proseslərinə əsaslanır və sonradan baza yağına oksidləşməyə qarşı və qatılaşdırıcı aşqarlarının, həmçinin üzvi boyanın xüsusi növünü əlavə etməkdən ibarətdir. Yağın alışma temperaturu 930C (az olmayaraq). Yağ qırmızı rəngdədir və iynəyarpaqlı iyinə malikdir. == Saxlanması və nəqli == İstehsalçının tövsiyələrinə uyğun olaraq bu məhsulun zəmanətli saxlama müddəti orta iqlim şəraiti üçün 10 il , tropik və ekvatorial iqlim şəraiti üçün 5 il təşkil edir.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.