Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. == Həmçinin bax == Mürəbbə Jele Marmelad == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. == İstinadlar == The principles of jelly-making, by N.E. Goldthwaite ...
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Cem Adrian
Cem Adrian (30 noyabr 1980, Ədirnə, Ədirnə ili) — Türkiyə ifaçısı, bəstəkar, söz yazarı, prodüser and rejissoru. Bassdan sopranaya qədər bütün səs temberlərində ifa edə bilir. 7 oktavalıq səsinin 4.5–5 oktavasından istifadə edə bilir. onun səs telləri normal insanın səs tellərindən üç dəfə uzundur. == Həyatı == Adrian 1980-ci il 30 noyabrda Türkiyənin, Ədirnə şəhərində doğulub. Əsl adı Cem Filizdir. Əslən bosniyalı, eləcə də türkdür. Hələ orta məktəbdə oxuyarkən musiqi təhsili almağa başlamış, elə ilk səs yazması da bu zaman işıq üzü görmüşdür. == Karyerası == Adrian karyerasına on səkkiz yaşı olarkən radioda başlayıb və altı il burada işləyib. Eyni zamanda, teatr və fotoqrafçılıq ixtisası üzrə təhsil alırdı.
Cem Felek
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Cem Fələk
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cem Kızıltuğ
Cem Kızıltuğ (16 aprel 1974, Türkiyə) — sənətçi. Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafik Dizayn Hissəsindən (M. Ü. GSF) məzun olduğu il Zaman qəzeti 'ndə illüstratörlüğe başladı (1997). İzmir Efes Celsus Kitabxanası şəkil sərgiləri açdı (1998, 1999, 2000, 2002). Zamanda Şənbə və Bazar günləri çəkdiyi karikaturaları C'empati adlı albomla nümayiş olundu (2003). Türkiyə Yazarlar Birliyi 'nce (TYB)' İlin karikaturaçı 'seçildi (2005). Illüstrasiyalar Society for News Design (SND) yarışmasında gümüş və mükəmməllik mükafatları aldı (2006, 2007, 2008, 2009, 2010). Today s Zaman qəzetində Mr. Diplomat! adlı cizgi bant tiplemesi meydana gətirdi (2007). Yapı Kredi Yayınları , Timaş Yayınları və Turkuvaz Nəşriyyat kimi nəşriyyatlarından resimlediği kitablar nəşr olundu.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cem Qəriboğlu
Cem Sultan
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır. == Həyatı == Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur.
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejissor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. == Tarixi == 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. == Həmçinin bax == Məzəli (jurnal) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəm evi
Cəm evi — Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. == Fəal temperatur == Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. == Effektiv temperatur == Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Cəm şəhristanı
Cəm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37 999 nəfər və 8 412 ailədən ibarət idi.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu. == Həyatı == 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. == Təhsili == Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. == Karyerası == 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Qarqulu Çəm
Qarqulu Çəm (az-əbcəd. قارقولو چَم‎, fars. قارقلی‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 609 nəfər yaşayır (192 ailə).
Qulam Çəm
Qulam Çəm (az-əbcəd. غولام‌چَم‎, fars. غلام‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 79 nəfər yaşayır (30 ailə).
İsmayıl Cəm
İsmayıl Cəm (15 fevral 1940, İstanbul, Türkiyə – 24 yanvar 2007, İstanbul) — Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur. İsmayıl Cəm 1940-cı ildə doğulub. 2007-ci ildə vəfat edib.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) — türk pop, arabesk müğənnisi və aktyoru. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçudur. == Musiqi Karyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Cəm (dəqiqləşdirmə)
Cəm
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir. Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl — XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir. Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır. Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir.