Bilsə idim dözəməm mən nazına, çəm-xəminə; Heç qoyub üstümə bu adı, mən evlənməz idim!
[Ataş:] Qızların nazı, çəm-xəmi, umu-küsüsü, lap axırda da hirsi, hikkələri.
□ Çəm-xəm etmək – 1) naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək.
Xanım başladı çəmxəm eləməyə ki, mən oynamaq bacarmıram… ;
2) Boyun qaçırmaq, özünü naza qoymaq.
[Xəlil:] Heç çəm-xəm eləmə, Xəlil ki bir işə girişdi, öldü var, döndü yoxdur.