Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Zverevo
Zverevo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. Əhalisi 3714 (2009) nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çərəzə
Çərəzə (az-əbcəd. چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
François Çereke
Herero dili
Herero dili (Otjiherero) Bantu dil ailəsinin Niger-Konqo qrupuna aid olan bir dilidir. Namibiya (206,000) və Botsvanada olan Herero xalqı tərəfindən danışılır. Hər iki ölkədə bu dili danışanların ümumi sayı təxminən 237.000 nəfər dir.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Sereno Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Çərvər (Miyanə)
Çərvər — İranın Şərqi Azərbaycan ostanında kənd.. Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kəndovan kəndistanında, bölgə mərkəzindən 4 km şimal-şərqdədir.
Çərəli (Qubadlı)
Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır.Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar.Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda,qışı isə Qarabağda keçirirdilər.Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır.Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır.Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.
Çərəli (Sərab)
Çərəli (fars. چرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (47 ailə). Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 11,5 km qərbdədir.
Çərəli (Təbriz)
Çərəli — İranın Şərqi Azərbaycan ostanında kənd. Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd qəsəbəsindən 12 km şimaldadır.
Ceremi Zuker
Ceremi Skott Zuker (3 mart 1996, Franklin Lakes[d], Nyu-Cersi) — Amerikalı müğənni və bəstəkar. == Həyatı == Əslən Nyu-Cersi dən olan Zuker valideynləri və iki böyük qardaşı ilə birlikdə musiqili ailədə böyüdü. Ramapo Liseyində tələbə olarkən yataq otağında musiqi hazırlamağa başladı və daha sonra "Foreshadows" adlı qrupa qatıldı. Onun yazdığı ilk mahnı əslində qardaşının hündürlük qorxusu haqqında idi. Orta məktəbi bitirdikdən sonra o, Kolorado Kollecinə getdi və burada 2018-ci ildə molekulyar biologiya dərəcəsi ilə məzun oldu. Öz musiqisini istehsal etməzdən əvvəl ilk işi snoubord təlimatçısı idi. == Diskoqrafiya == === EP === Beach Island (2015) Breathe (2015) Motions (2016–2017) idle (2017) stripped.
İrvinq Çernev
İrvinq Çernev (29 yanvar 1900, Priluki[d], Poltava quberniyası[d] – 29 sentyabr 1981, San-Fransisko, Kaliforniya)— şahmatçı və məhsuldar şahmat kitablarının müəllifi idi. İrvinq Çernev 20 şahmat kitabı yazıb, 1978-ci ildə Oxford University Press tərəfindən nəşr edilmiş və 1982-ci ildə Dover tərəfindən yenidən çap edilmiş, İrvinq Çernev tərəfindən Kapablankanın Ən Yaxşı Şahmat Sonluğu final mərhələsinə vurğu ilə qeyd olunan altmış tam oyun təqdim edir (tam cəbri qeydlə).
Ceremi Şeda
Ceremi Şeda (ing. Jeremy Shada; 21 yanvar 1997, Boyse) — amerikalı aktyor, musiqiçi və müğənni. "Macəra zamanı" cizgi serialında İnsan Finni səsləndirərək məşhurlaşıb. O, bundan əlavə "Voltron: Legendary Defender" adlı cizgi serialında Lens adlı personajı səsləndirib. Ceremi üstəlik "Incredible Crew" komediya serialında müxtəlif rollarda çıxış etməsi ilə tanınır. Onun son rolu 2020-ci ildə yayımlanan Netflix orijinal televiziya serialı "Julie and the Phantoms"-dadır, burada o, Reggie Peters rolunda oynayır. == Həyatı və fəaliyyəti == Ceremi Şeda ailəsi ilə birlikdə Los-Ancelesə köçdükdən sonra yeddi yaşında ikən aktyorluğa başlamışdır. Böyük qardaşı Zak Şeda onu aktyorluqla məşğul olmağa həvəsləndirmişdir. Cereminin ilk çıxışları televiziyada yayımlanan reklam çarxlarında olmuşdur. Sonralar səs aktyorluğu və teatrda işlər axtarmağa başlayıb.