Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Xırt
Xırt — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
AZ-CERT
Adi cirə
Adi cirə (lat. Cuminum cyminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirə cinsinə aid bitki növü. Onun toxumları bir çox mədəniyyətin mətbəxində həm bütöv, həm də üyüdülmüş şəkildə istifadə olunur. Cirənin xalq təbabətində istifadə edildiyi düşünülsə də, onun dərman vasitəsi kimi istifadəsinin təhlükəsiz və ya effektiv olduğuna dair güclü dəlil mövcud deyil. == Təsviri == Cirə bitkisi 30-50 santimetrə qədər böyüyür və əllə yığılır. Adi cirə 20-30 santimetr hündürlüyündə və 3–5 santimetr diametrində nazik, hamar, budaqlı gövdəyə malik olan birillik ot bitkisidir. Bitkinin kökü boz və ya tünd yaşıl rəngdədir. Yarpaqları 5-10 santimetr uzunluğunda, çiçəkləri kiçik, ağ və ya çəhrayı rəngdədir və çətirdə yığılır. Cirə toxumları uzunsov formada, uzunlamasına çıxıntılı və sarı-qəhvəyi rəngdə olan zirə toxumlarına bənzəyir. == Digər ədviyyatlarla qarışdırılması == Cirə bəzən çətirkimilər (lat.
Ciro Miyake
Ciro Miyake (1900, Yaponiya – 30 noyabr 1984, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Niklaus Virt
Niklaus Virt (ing. Niklaus Emil Wirth; 15 fevral 1934, Vintertur, Sürix kantonu – 1 yanvar 2024, Sürix) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi. 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sirt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Yalançı cirə
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
Çiro İmmobile
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Latsio" klubu və İtaliya milli komandasının hücumçusu. == Bioqrafiya == Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib. == Karyerası == === Klub Karyerası === Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub. İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir. "Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur. 2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir.
İssiaka Cire
Josef Virt
Josef Virt (alm. Karl Josef Wirth‎;6 sentyabr 1879[…], Frayburq-im-Braysqau – 3 yanvar 1956[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — Almaniyada siyasi və ictimai xadim, 1921–1922-ci illərdə Almaniya kansleri, habelə xarici işlər naziri. 1930–1931-ci illərdə daxili işlər naziri. 1955-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Stalin Mükafatı laureatı. == Həyatı == Zavod mühəndisi ailəsində anadan olub. O, Frayburq Universitetini bitirib, burada riyaziyyat, təbiət elmləri və iqtisadiyyat üzrə təhsil alıb. 1906–1913-cü illərdə doğma Frayburqdakı gimnaziyada dərs demişdir. Birinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yararsız olduğu üçün Qərb Cəbhəsində Qırmızı Xaç komandiri kimi xidmət etmişdir. Katolik Mərkəzi Partiyasının sol qanadının rəhbəri, Reyxstaqın üzvü (1914–1918 və 1920–1933). 1918-ci il Noyabr İnqilabı zamanı respublikanın sadiq tərəfdarı olan Virth Badenin yeni maliyyə naziri təyin edilir.
Ciro Uşio
Ciro Uşio (牛尾 治朗, Uşio Ciro, 12 fevral 1931, Hyoqo prefekturası – 13 iyun 2023) – Yaponiya biznesmeni. 1964-cü ildə "Ushio Inc." şirkətini qurmuşdur. Yaponiya siyasətində təsiri olmuşdur. == Həyatı və karyerası == 1931-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. 1953-cü ildə Tokio Universitetindən məzun olmuş, 1956–1957-ci illərdə Berkli Kaliforniya Universitetində təhsil almışdır. Uşio Yaponiyaya qayıtdıqdan sonra ailə biznesinə – "Ushio Industry" şirkətinə qatılmışdır. 1964-cü ildə ailə şirkətindən ayrılaraq öz şirkətini ("Ushio Inc.") qurmuş və prezidenti olmuşdur. Tez bir zamanda informatika təchizatı, elektronika, yeni materiallar və kosmos kimi yeni texnologiya sahələrinə daxil olmuş, şirkətini böyütmüşdür. 1969-cu ildə Yaponiya Beynəlxalq Gənclər Palatasının sədri seçilmişdir. Rahat korporativ mədəniyyətin tənqidçisi olmuşdur.
Girt Lovink
Girt Lovink (nid. Geert Lovink; 30 avqust 1959, Amsterdam) — Niderland nəzəriyyəçisi, aktivisti və şəbəkə tənqidçisi. O, məqsədləri tədbirlər, publikasiyalar və açıq dialoq vasitəsilə yeni media sahəsinin sosial-iqtisadi dəyişmə potensialını tədqiq etmək, sənədləşdirmək və qidalandırmaq olan Şəbəkə Mədəniyyətləri İnstitutunun qurucu direktorudur. Lovink internetin inkişafının formalaşmasına kömək etmək üçün səy göstərmişdir. Lovink 2004-cü ildən Şəbəkə Mədəniyyətləri İnstitutuna rəhbərlik etdiyi Amsterdam Tətbiqi Elmlər Universitetinin Rəqəmsal Media və Yaradıcı Sənayelər Fakültəsinin tədqiqatçısıdır. 2007-ci ildən 2017-ci ilə qədər Avropa Məzun Məktəbində Media Nəzəriyyəsi professoru olmuş və burada beş doktoranturaya rəhbərlik etmişdir. 2004-2013-cü illərdə Amsterdam Universitetində Yeni Media üzrə dosent olmuşdur. 2021-ci ilin dekabr ayında Amsterdam Universiteti İncəsənət Tarixi Departamentində İncəsənət və Şəbəkə Mədəniyyətləri üzrə professor təyin edilmişdir. Sədr Amsterdam Tətbiqi Elmlər Universiteti tərəfindən həftədə bir dəfə dəstəklənir. Lovink Amsterdam Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini qazanmış, Melburn Universitetində fəlsəfə doktoru dərəcəsi alıb və Kvinslend Universitetində postdoktorantura əməkdaş olmuşdur.
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Cır mərsin
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Cır havuc
Cır havuc (lat. Pastinaca) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.