ÇIRTIQ

is.
1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq.
Birdən çırtıq və oxumaq səsləri eşidildi. İ.Əfəndiyev.

□ Çırtıq vurmaq (çalmaq) – bir və ya iki əlin barmaqlarını birbirinə (adətən orta barmağı baş barmağa) vurmaqla səs çıxarmaq.
Mərcan bəy acıqlıacıqlı çırtıq vurur. Ü.Hacıbəyov.
[Şahmar:] Oğlan oturduğu yerdə çırtıq çalmağa başladı. B.Bayramov.

2. bax çırtma1 2-ci mənada.
□ Çırtıq vurmaq – bax çırtma vurmaq 2-ci mənada (“çırtma1”da).
◊ Çırtıq vursan qanı tökülər (çıxar) – bax çırtma vursan qanı tökülər (çıxar) (“çırtma1”da).
Pullu Məhərrəmin qızı Cavahirin də ki, çırtıq vursan qanı tökülər. Aşıq Ələsgər”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇIRTIQ şıqqıltı — çıqqıltı
ÇIRTI-PIRTI
ÇIRTILDAMA
OBASTAN VİKİ
Çırtıqlı (Həştrud)
Çırtıqlı (fars. چرتقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 593 nəfər yaşayır (113 ailə).

Digər lüğətlərdə