Çərtəyəz
Çərtəyəz — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
kəndin əsasını kəndin hörmətli sakini hamının sevimlisi Amilə qoymuşdur.
Çərtəyəz oyk., mür. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Oykonim çərt (mənbələrdə "suvarılma üçün xüsusi qurğu") və yəz (yazı sözünün təhrif olunmuş forması olub, "çöl, düzən" mənasındadır) komponentlərindən düzəlib, "suvarılma üçün qurğusu olan çöl" deməkdir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 574 nəfər əhali yaşayır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.