Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Söğök iyesi
Tanju Çolak
Tanju Çolak (türk. Tanju Çolak; anadan olub 10 noyabr 1963-cü il, Samsun, Türkiyə) — Türkiyə futbolçusu, hücumçu.Tanju Çolak türk futbol tarixinin 335 gol ilə ən qolçu futbolçusu hesab olunur. 39 qol ilə Super Ligdə bir mövsümdə ən çox gol atan futbolçusu və 6 qol ilə Super Ligdə bir oyunda ən çox qol atan futbolçusu rekorduna da malikdir. Avropanın Qızıl buts mükafatını alan tək türk futbolçusu. Tanju Çolak həm də Super Ligdə 240 qol atan 2 futbolçudan biridir. Futbola 10 yaşında, Samsun Yolsporda başladı. Daha sonra Samsunspor transfer olmuşdur. Tanju Çolak, 2 dəfə 1. Liq, 5 dəfə isə ardıcıl Super Liqdə qol kralı olmuşdur. Samsunsporda 4 dəfə qol kralı olmuşdur (1983-84, 1984-85, 1985-86, 1986-87).
Söğök iyəsi
Tomas Pollok Anşuts
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir. Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir. Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir. Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir. Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Color of Your Life
Color of Your Life (azərb. Həyatının rəngi‎) — Polşanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mixal Şpak "Color of Your Life" mahnısı ilə Polşanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur. Mahnının musiqisi Endi Palmer, sözləri isə Kamil Varenə aiddir.
Çoqlu-i Süfla (Xudabəndə)
Çoqlu-i Süfla (fars. چقلوي سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (48 ailə).
Çoqlu-i Ülya (Xudabəndə)
Çoqlu-i Ülya (fars. چقلوي عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (24 ailə).