Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Kanako İto
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oto Nemsadze
Oto Nemsadze (gürc. ოთო ნემსაძე; 18 iyun 1989, Qori) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy (ukr. Голос країни) səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
Teruyoşi İto
Teruyoşi İto (d. 31 avqust 1974) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Xan Çao
Xan Çao — 304-329-cu illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Xuan Çao
Xuan Çao (çin. ənən. 黃巢, sadə. 黄巢, pinyin: Huáng Cháo, ?- 884) — Çinli duz taciri və 874–884-cü illərdə Çində üsyan başçısı. Xuan Çaonun doğum tarixi məlum deyil. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtı Çanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi.
Çao Fanq
Çao Fanq (çin. ənən. 曹芳, pinyin: Cáo Fāng) (* 232; † 274) — Vey sülaləsinin III hökmdarı, Çao Yuinin oğulluğu.
Çao Huan
Çao Huan (246, Vey – 303 və ya 302, Çzin) — V Vey çarı.
Çao Mao
Çao Mao (çin. ənən. 曹髦, pinyin: Cáo Máo) (* 241; † 260) — Vey sülaləsinin IV hökmdarı, Çao Linin oğlu, Çao Peyin nəvəsi.
Çao Pey
Çao Pey, Çao Pi (çin. sadə. 曹丕, pinyin: Cáo Pī, d.187–ö.29 iyun 226) — Vey hökmdarı, dahi Çin şairi və sərkərdəsi, Çao Çaonun konkubina Biandan olan oğlu, Çao Çjinin qardaşı, Vey sülaləsinin banisi. Çao Pey dünyaya gələrkən hələ onun atası Çao Çao adi orta dərəcəli perespektivsiz bir məmur idi. Uşaqlıq illəri müharibələrdə iştirak etdiyi üçün atasız keçmışdir. 211-ci ildə Çao Pey atasının — baş vəzir Çao Çaonun müavini təyin edilir. Bu illərdə hərbi yürüşlərdə onun böyük qardaşı Çao Am həlak olur və Çao Pey ailənin böyük oğluna çevrilir. Buna baxmayaraq Çao Çao onu varis kimi elan etməkdə tərəddüd edirdi. Çao Pey və Çao Çjau arasında qalan Çao Çao generalların məsləhətinə əsasən Çao Pey varis elan edilir. Ölkədəki nizam-intizamı saxlamaq baxımından, Çao Çjinin təcrübəsizliyi baxımından bu düzgün qərar sayılırdı.
Çao Yui
Çao Rui ya Çao Yui (çin. ənən. 曹叡, sadə. 曹睿, pinyin: Cáo Ruì, hərfi mənası: "Ts'ao Jui") (* 205; † 239) Vey sülaləsinin II hökmdarı Çao Peyin Çhen Luodan olan oğlu. Çao Yui dünyaya gələndə onun babası - Çao Çao hələ Han sülaləsinin adi məmuru idi. Çao Yuinin anası Çhen Luo formal sarı çalmalılar üsyanı zamanı sərkərdə olmuş Yuan Şaonun oğlu Yuan Xinin arvadı olmuş, Çao Çao üsyanı yatırdıqdan sonra onun əsarətinə düşmüş Çhen Luonu oğlu Çao Pey ilə evləndirilmişdir. Toydan səkkiz ay sonra dünyaya gələn Çao Yui bəzi şaiyələrə görə Yuan Xinin oğlu hesab olunur. Bu şaiyənin əsasən Çao Pey konkubinası Quo tərəfindən yayılması xüsusi məqsəd güddüyü də güman edilir. Bunun nəticəsi olaraq 221 ci ildə Çhen Luo özü-azünü qəsd edərək öldürür. 222 ci ildə Çao Yui varis şahzadə elan olunur.
Çeto məbədi
Çeto məbədi — (indonez. Candi Ceto) — Mərkəzi və Şərqi Yava əyalətləri arasında sərhəddə, Lau dağının qərb yamacında (dəniz səviyyəsindən 1495 m yüksəklikdə) yerləşən 15-ci əsrə aid Yava-Hindu məbədi. Keto, XV əsrdə Lau dağının şimal-qərb yamaclarında tikilmiş bir neçə məbəddən biridir. Bu zamana qədər Yava dini və incəsənəti 8-10-cu əsrlərdə məbəd üslublarına belə təsir edən hind göstərişlərindən uzaqlaşdı. Bu ərazi 16-cı əsrdə adanın məhkəmələri İslamı qəbul etməzdən əvvəl Yavada son əhəmiyyətli məbəd tikintisi ərazisi idi. Məbədlərin fərqliliyi və o dövrə aid Yava mərasimləri və inanclarına dair qeydlərin olmaması tarixçilər üçün bu qədimliklərin mənasını şərh etməyi çətinləşdirir. Suku məbədinin yaxınlığında yerləşir.
Masatoşi İto
Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi, 30 aprel 1924, Tokio – 10 mart 2023) – Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur. == İlk illəri == Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur. == Karyerası == 1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir.
Eto Şimpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Eto Şinpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Ito hirobumi
Ito hirobumi (ing. 伊藤博文) — Yaponiya-nin dövlət xadimi. komandanı, Yaponiya-nin ilk Baş nazir.
Barnaul-Т
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.