Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yunost (Şaran)
Yunost (başq. Юность, rus. Юность) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Yunost adası
Yunost adası — çay yatağında yerləşən ada. İrkutsk şəhərinin mərkəzində, Anqara çayının yatağında yerləşir. Adada elədə böyük olmayan meşə massivi yerləşir. Çəşhur istirahət məskənidir. Sahillə körpü vastəsi ilə birləşir. Sahəsi 0,107 km²-dir. Adada turizm zonası 1960-cı illərdə təşkil olunmuşdur. Burada piyada yolları, çimərliklər meydana gəlir. Ağac və kollar əkilir. Burada uşaq meydançası, yay düşərgəsi, xilasetmə stansiyası və idman meydançası inşa edilir.
Cunot Dias
Cunot Dias (31 dekabr 1968, Santo-Dominqo) — Dominik əsilli Amerika yazıçısı Massaçusets Texnologiya İnstitutunun yaradıcı yazı professoru və Boston Review-in bədii redaktoru. Cunot Dias Massaçusets Texnologiya İnstitutunun professorudur. O, həmçinin Gürcüstanda sənədsiz mühacirlərə orta təhsildən sonra təlimat verən könüllü təşkilat hesab edilən Azadlıq Universitetinin məsləhətçilər heyətində çalışır. Cunot Diasın buradakı vəzifəsi mühacirlərin təcrübələri, xüsusilə də Latın mühacirlərinin təcrübəsi ilə bağlıdır. 1968-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində dünyaya göz açan və beş uşaqdan ortancılı olan Cunot Dias Santo Dominqonun yaxınlığında yerləşən Villa Juana səmtində yoxsul bir ailədə böyümüşdür."Diktator, kripto-faşist" xarakterli atası Cunot və qardaşlarını odlu silahla atəş etməyə və müxtəlif döyüş sənətlərini öyrənməyə təşviq edirdi. Uşaqlıq illərində Dias şəraiti olmayan, su qıtlığı , eləcə də vətəndaş ixtişaşları və çoxlu siyasi qətl hadisələri baş verən bir şəhərdə yaşayırdı. Diasda nağıllara və əfsanələrə maraq yaradan nənəsi ona lənət, ovsun və əcdadları haqqında fantastik nağıllar danışardı. Dias danışılanlara inanmasa da, bu hekayələr onun çox maraqlı idi. 1974-cü ildə Dominikan Respublikasının sabiq prezidenti Trujillonun keçmiş məsləhətçisi Coakin Balaquer yenidən prezident seçildikdə Dias ailəsi ilə birlikdə miqrant statusu əldə edərək ABŞ-nin Nyu-Cersi Parlin şəhərinə köçməyə qərar verir. 1980-ci illərdə atası ABŞ-yə daha əvvəl gedərək onları tərk etmiş və ailə uzun illər yoxsulluq içində yaşamağa məcbur olmuşdu .