Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Csaba Sógor
Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür. == Təhsil == O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakultəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır. Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür. == Peşəkar karyera == O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir.
Caba Moseşvili
Caba Moseşvili (1 yanvar 1994) — Gürcüstanlı oxatan. Caba Moseşvili Gürcüstanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Caba Moseşvili birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 112-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Caba İoseliani
Caba İoseliani (10 iyul 1926, Xaşuri – 4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü. == Həyatı == Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı. Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır. 1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi.
Çaba Şoqor
Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür. == Təhsil == O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakultəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır. Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür. == Peşəkar karyera == O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir.
Akaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Aqaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Ceiba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Jaba
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Laba
Laba — Rusiya Federasiyasında, Krasnodar diyarında çaydır.Kuban çayının sol qoludur. Böyük Laba və Kiçik Laba çaylarının birləşməsindən yaranır. Qafqaz dağlarının şimal yamaclarından başlanır, Azov dənizinə tökülür. Uzunluğu 214 km, hövzəsinin sahəsi 12,5 min km2-dir.
Saba
Saba (nid. Saba) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi. Rəsmi dili Niderland dilidir. Ərazisi 13 km² olan bu adada 1,811 nəfər yaşayır. Paytaxtı Bottom şəhəridir.
Xaba
Xaba (həmçinin Hor-Xaba kimi oxunur; e. ə. XXVII əsr – e. ə. XXVII əsr) — Qədim Krallığın 3-cü sülaləsi dövründə fəaliyyət göstərən Qədim Misir fironu idi. Xabanın hökm sürdüyü dəqiq vaxt məlum deyil, lakin eramızdan əvvəl 2670-ci ilə aid ola bilər. Kral Habanı Qədim Misir fiquru kimi qiymətləndirmək çətindir. Onun adı arxeoloji cəhətdən daş qablar və palçıq möhürü izləri ilə əlaqələndirilir. Habanın hökmranlığı etibarlı şəkildə Üçüncü Sülalə ilə bağlıdır. Ramessid padşahlarının siyahılarındakı uyğunsuzluqlar və müasir bayram yazılarının olmaması səbəbindən onun sülalədəki dəqiq xronoloji mövqeyi mübahisəli olaraq qalır.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
Addis Ababa
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.
Akaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Araba (albom)
Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. == Mahnı haqqında == "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.