ÇAYA

Dönərək; sürətli, çevik, mütəhərrik. (“Kitabi-Dədə Qorqud” leksikası)

ÇAY
ÇAYAN
OBASTAN VİKİ
Aleksandr Çayanov
Çayanov Aleksandr Vasilyeviç (29 yanvar 1888, Moskva – 3 oktyabr 1937, Almatı) – şair və yazıçı, rus iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisidir. == Həyatı == 1911-ci ildə Moskva Kənd təsərrüfatı institutunu bitirərkən 18 məqalənin müəllifi olub. 1919-cu ildə Xalq torpaq komissarlığında işləyib. Kəndli əmək təsərrüfatları nəzəriyyəsi, kooperasiya, istehsalın yerləşdirilməsi nəzəriyyəsi, aqronomluq onun tədqiqatının əsas istiqamətləridir. O, kooperativ hərəkatının inkişafına böyük fikir verib. Çayanov sübut etmişdi ki, kənd təsərrüfatının effektiv inkişafı böyük olmayan ailə-əmək təsərrüfatlarının fəaliyəti nəticəsində əldə edilir. == İqtisadi fəaliyyəti == Rus iqtisadçısı və eyni zamanda şair və yazıçı kimi də məşhurlaşmış Aleksandr Vasilyeviç Çayanov ensiklopedik təfəkkürlü tanınmış alimlərdən olmuşdur. Kooperasiya ideyalarının davamlı təmsilçisi A.V.Çayanov həm də rus-sovet elitasının 1937-ci il qurbanlarındandır. Onun müvafiq istiqamətdə əsas elmi araşdırma və tədqiqatları "Kəndli təsərrüfatının təşkili", "Kooperasiyanın qısa kursu", "Kənd təsərrüfatı kooperasiyasının başlıca formaları və ideyaları" əsərləri təşkil edir. A. Çayanovun nəzəriyyəsi konseptual istiqamətlərini təşkilati planlılıq və müəssisənin istehsal xərclərinin ölçülərində təcəssüm olunan diferensial optimumları ehtiva edir.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çayarası yaşayış yeri
Çаyаrаsı yаşаyış yеri — Şərur rаyоnunun Kоsаcаn kəndindən şərqdə, Küllüklər yаşаyış yеrinin qərbində yеrləşir. Yаşаyış yеrinin ərаzisi hаzırdа əkin sаhəsi kimi istifаdə оlunur. Аbidənin bəzi qismlərində sеl sulаrının аçdığı yаrğаndа mədəni təbəqənin qаlınlığı 1 m-ə çаtır. Təbəqə dаş, möhrə, kül qаtlаrı və kеrаmikа nümunələrindən ibаrətdir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtındаn ibаrətdir. Kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrlərinə аiddir. Yаşаyış yеrinin ərаzisində təndirlərin və təsərrüfаt quyulаrının qаlıqlаrınа rаstlаnmışdır. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini XVI-XVIII əsrlərə аid еtmək оlаr.
Çayarxı
Çayarxı — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqalı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay-Ağsu şose yolu kənarında, Qarabaqqal kəndin yanında, Şirvan düzündə yerləşən kənd. Əhalisinin sayı 1697 (2009) nəfərdir. Kənd Göyçay çayından ayrılan Çayarxı adlı arxın sahlində salındığı üçün belə adlandırılmışdır. Oykonim “çayın kiçik qolunun sahilində salınmış kənd” mənasındadır.