cüzüldəşmək 2021
çabalama
OBASTAN VİKİ
Çaba Şoqor
Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür. O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakültəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır. Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür. O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir.
Dora Çabay
Dora Çabay (d. 20 aprel 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çabay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çabay, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Paul Çabanaud
Pol Şabano (fr. Paul Chabanaud 30 noyabr 1876 – 27 fevral 1959) Fransız ixtioloqu və herpetoloqu. Reptiles et batraciens, 1922. Les soles de l'Atlantique Oriental Nord et des mers adjacentes, 1927. Observations morphologiques et remarques sur la systématique des poissons hétérosomes soléiformes, 1927. Les genres de poissons Hétérosomates, 1930. Poissons hétérosomes, 1933. Le neurocrâne osseux des téléostéens dyssymétriques après la métamorphose, 1936. Les téléostéens dyssymétriques du Mokattam inférieur de Tourah, 1937. Contribution à la morphologie et à la systématique des Téléostéens dyssymétriques, 1938.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. Əhalinin əksəriyyəti bəluclardır. Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Çabahar palçıq vulkanları
Çabahar palçıq vulkanları — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanında yerləşən palçıq vulkanları. Palçıq vulkanı, Çabahar şəhristanının şimali qərbində kəhir adlı geniş bir düzənlikdə yer alıb və palçıq atmaq ilə yanaşı yüksələn qazdır ki, yer altında yaranıb.
Çabahar şəhristanı
Çabahar şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çabahar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 214,017 nəfər və 41,532 ailədən ibarət idi.
Çabak adası
Çabak adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın cənubunda qərarlaşır. Vilkinski adaları qrupuna daxildir. Bu qrupun şimal hissəsində qərarlaşır. Hər tərəfdən Nordenşeld arxipelaqının adaları ilə əhatə olunmuşdur. Cənubdan Yeni ada, Strijyova adası, şimaldan Mərkəzi ada, Dəniz qulduru adası, Qroznı adası, Peta adası və Tuqut adası ilə əhatə olunmuşdur. Ada sərhəd adalardan Radzeyevs boğazı ilə ayrılır. Şimal-qərbdə Oktyabr adası yerləşir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.

Digər lüğətlərdə