Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). == Tarixi == === İxtira === Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Vasa (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaso Sanakoyev
Vaso Sanakoyev (oset. Санахъоты Уасо; 15 yanvar 1901, Tiflis – 1978, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu. == Bioqrafiyası == 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur.
Əl-Vasi
Əl-Vasi (ər. الواسع) — Allahın adlarından biri.
Vaş (medye)
Vaş (mac. Vas, alm. Eisenburg‎, sloven. Železna županija) — Macarıstanın qərbində yerləşən medye. İnzibati mərkəz — Sombatxey. Vaş medyesi Avstriya və Sloveniya ilə həmçinin Dyör-Moşon-Şopron, Vesprem və Zala medyeləri ilə sərhəddir. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir. == Xarici keçidlər == Vikianbarda Vaş (medye) ilə əlaqəli mediafayllar var.
Porque te vas (mahnı)
"Porque te vas" və ya "Por qué te vas" – məşhur ispan mahnısı. Azərbaycanca "Niyə gedirsən?" və ya "Çünki gedirsən" kimi tərcümə edilə bilir. Mahnı 1974-cü ilin əvvəllərində müğənni Janettenin və Jose Luis Peralesin tərəfindən yazılmışdır. Bu mahnı 1976-cı il Carlos Sauranın Cría Cuervos filmində istifadə olunmuşdur. == Mahnının sözləri == Mahnının ispanca sözləri: "Hoy en mi ventana brilla el sol Y un corazón se pone triste Contemplando la ciudad ¿Porque te vas? Como en cada noche desperté Pensando en ti Y en mi reloj todas las horas vi pasar ¿Porque te vas? Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas? Bajo la penumbra de un farol se dormirán Todas las cosas que quedaron por decir, se dormirán Junto a las manillas de un reloj esperarán Todas las horas que quedaron por vivir, esperarán Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas?
Trindadi-e-Martin-Vas
Trindadi-e-Martin-Vas (port. Arquipélago de Trindade e Martim Vaz) — Atlantik okeanında yerləşən vulanik məşhəlli adalardan ibarət arxipelaq. Adalar Braziliyanın Estiritu-Santu ştatı ərazisinə daxildir. Adalar 1502-ci ildə portuqal dənizçi Juan di Nova tərəfindən kəşf edilmişdir. Adalarda məskunlaşma yoxdur. == Coğrafiyası == Arxipelaq bir-birndən aralıda yerləşən beş adadan ibarətdir. Trindadi adası (Ilha Trindade), sahəsi — 10,1 km², hündürlük 620 metr. (20°31′30″ c. e. 29°19′30″ q.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Qass
Qass — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Qass kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Kənddə Qafqaz Albaniyasının tayfası olan saxurlar yaşayır.
İaso
İaso (yun. Ἰησώ, Iēsō) — yunan mifalogiyasında sağaltma, müalicə ilahəsi. Asklepin qızı . Higeya və Panakeyanın bacısı eyni zamanda Apollonun nəvəsi.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Cas9
Cas9 (CRISPR ilə əlaqəli protein 9) - antiviral xüsusiyyətlərə malik bakterial mənşəli bir proteindir . DNT-ni xüsusi ardıcıllıqla kəsmək qabiliyyəti onu geniş istifadə perspektivləri olan molekulyar biologiya vasitəsinə çevirmişdir . Elmi qurucularımızdan biri olan Dr. Emmanuel Charpentier CRISPR/Cas9 gen redaktəsini icad etmişdir. O vaxta qədər insanlar “CRISPR” sözünü yalnız bəzi bakteriya növlərinin antiviral mexanizmin bir hissəsi kimi istifadə etdiyi genetik məlumatın "Clustered Regularly Interspaced Short Palindromic Repeats" üçün qısaldılmış adı kimi bilirdilər. İndi, bir gen redaktə vasitəsi olaraq, CRISPR/Cas9 biotibbi tədqiqatlarda inqilab etdi və tezliklə bir neçə bioloji yeniliyin əvvəllər olduğu şəkildə tibbi sıçrayışlara imkan verə bilər. CRISPR/Cas9 DNT-ni dəqiq şəkildə kəsərək və sonra təbii DNT təmiri proseslərini öz üzərinə götürməklə genləri redaktə edir. Sistem iki hissədən ibarətdir: Cas9 fermenti və bələdçi RNT. == İstifadəsi == === Tibb və Sağlamlıq === CRISPR metodunun tibb və sağlamlıqda yeni dərman inkişaf işlərində, xəstə genlərin müəyyən edilməsində və müalicədə istifadə oluna biləcəyi düşünülür. Məsələn, tədqiqatçılar oraq hüceyrəli anemiya və hemofiliya kimi xəstəliklərə səbəb olan genetik pozğunluqlar üçün məqsədyönlü, effektiv müalicələr hazırlamaq üçün CRISPR-dən istifadə edirlər . 2019 - cu ildə aparılan bir araşdırma, genetik korluğu olan yetkin siçovulların CRISPR gen terapiyasından istifadə edərək müalicə oluna biləcəyini göstərdi.
Anton Fase
Anton Fase (6 fevral 2000, Harlem[d]) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Fase AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Fase öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 86-cı dəqiqədə Yonq Utrext klubu ilə qarşılaşmada El Hasnaouini əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Utrextə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi.İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım". O, magistr dərəcəsini 1949-cu ildə bitirdi.
Avast (brauzer)
Avast Antivirus
Avast Microsoft Windows, macOS, Android və iOS üçün Avast tərəfindən hazırlanmış platformalararası antivirus proqramıdır. Avast Antivirus məhsullarına digər xidmətlər arasında kompüter təhlükəsizliyi, brauzer təhlükəsizliyi, antivirus proqramı, anti-kompüter cəsusluğu və anti-spam təmin edən pulsuz və ödənişli versiyalar daxildir. Avast, 2015-ci ilin fevral ayında Avast for Business adlı pulsuz bir iş məhsulu təqdim etdi. Bu antivirusun qorunması, veb təhdid daraması, brauzerin qorunması və bulud idarəetmə konsolunu özündə birləşdirən platformalararası bir proqram idi. 2017-ci ildən etibarən Avast, bazarda ən populyar antivirus satıcısıdır və antivirus tətbiqetmələri bazarında ən böyük paya sahibdir.