Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Şanen
Şanen (fr. Chaneins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01083. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 820 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 527 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 434 nəfər iqtisadi cəhətdən, 93 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,4%, 1999-cu ildə 71.7%). Fəal 434 sakindən 409 nəfər (225 kişi və 184 qadın), 25 nəfər işsiz (10 kişi və 15 qadın) idi.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Sten
Sten — yarımavtomatik silah növü. == Tarix == Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
Faten Hamama
Faten Hamama (ərəb. فاتن حمامة‎), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة‎), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru == Həyatı == Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur. Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib. 1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb. Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb. Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir. Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Sarten (rayon)
Sarten (fr. Sartène) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Cənubi Korsika. Suprefektura — Sarten. Rayon əhalisi 2006-cı ildə 34 721 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 19 nəf / km². Rayon sahəsi — 1819 km².
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Sen-Santen
Sen-Santen (fr. Saint-Santin, oks. Sent Antin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12246. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 561 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 323 nəfər (15-64 yaş arasında) 244 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə bu 67.5%).
Staten-Aylend
Staten Aylend — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Eyni adlı ada üzərində yerləşir. 477 377 nəfər əhalisi olan bölgə Nyu-Yorkun ən az əhalisi olan bölgəsidir.
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. == Tarixi == Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. == Haqqında == Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Viktor Taten
Viktor Taten (10 iyul 1843, Paris – 18 aprel 1913, Paris) — 1879-cu ildə ilk təyyarə modelinin yaradıcısıdır. Bu təyyarə öz gücündən istifadə etməklə pist üzərində hərəkətlənib havaya qalxan ilk model hesab olunur. Bu modelin qanad genişliyi 1.90 m, çəkisi isə 1.8 kq bərabər idi. Model iki pərvanə və sıxılmış hava mühərriki ilə təchiz olunmuşdu. Bu mini təyyarə Parisin Chalais-Meudon bölgəsindəki hərbi bazanın dairəvi uçuş-enmə zolağında mərkəzi nöqtəyə uçurulurdu. Öz gücüylə hərəkətə gəlməklə 8m/san sürətlə havaya qalxırdı. 1890-97 aralığında Taten və Çarlz Rişet buxar gücüylə çalışan və qanad genişliyi 6.6 m çatan yeni modeli ərsəyə gətirdilər. Bu modeiln çəkisi 33 kq çatırdı, bununla yanaşı ön və arxa pərvanələri var idi. Onlar bu modeli 140 m məsafə boyunca 18m/san sürətlə uğurla uçurmağa nail olur. Titan 1902-03-cü illərdə Mauris Malletlə Henri Deutş de la Meurte üçün Ville de Paris adlı zeplin ərsəyə gətirilməsi məqsədilə əməkdaşlıq edir.
Yenovk Şagen
Yenovk Şagen (erm. Ենովք Շահէն; 3 fevral 1881 – 28 may 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış Ermənistan aktyoru və rejissoru. == Bioqrafiya == Yenovk Şagen 3 fevral 1881-ci ildə İzmit yaxınlığında Partizak kəndində erməni ailəsində anadan olmuşdur. Partizakdə ibtidai təhsilini aldıqdan sonra ailəsi ilə birlikdə Konstantinopola köçmüşdür.. Konstantinopolda o məşhur erməni tragiki Petros Adamyanın tərcümeyi-halını oxuduqdan sonra teatra maraq göstərməyə başlamışdır. Müxtəlif pyeslərdə kiçik rollar oynamağa başladı. Şagen Martiros Mnakyanın başçılıq edilən teatr qrupuna qoşuldu. Sonralar Şagen erməni dramatik cəmiyyətinin yeni teatrının aktyoru oldu. Burada məşhur aktyor Vaqram Papazyan ilə dostlaşdı. Növbəti illərdə Şagen Felikyan və Zarifyanın başçılıq etdiyi digər teatr kollektivlərində çıxış etməyə başladı.
Şaken Aymanov
Şaken Aymanov (Tam adı: Şaken Kenjetayeviç Aymanov (qaz. Шәкен Кенжетайұлы Айманов); 2 (15) fevral 1914, Bayanaul[d], Bozqır general-qubernatorluğu – 23 dekabr 1970, Moskva) — qazax aktyoru, teatr və kino rejissoru. SSRİ xalq artisti (1959). Qazaxıstan kinosunun atası hesab edilirdi. == Həyatı və fəaliyyəti == 15 fevral 1914-cu ildə Pavlodar vilayətinin Bayanaul kəndində anadan olmuşdur. Ailəsi kəndli maldar idi. Şakenin əsl adı Şahkərimdir (qaz. Шаһкерім). 1928-ci ildə orta məktəbi bitirmişdir. 1931-1933-cü illərdə Semipalatinsk şəhərində yerləşən Qazaxıstan Pedaqoji Texnikumunda təhsil almışdır.
Şaken Niyazbekov
Şaken Onlasın oğlu Niyazbəyov (qaz. Шәкен Оңласынұлы Ниязбеков; 12 oktyabr 1938, Taraz – 16 avqust 2014, Almatı) — Qazaxıstanın əməkdar artisti. Qazaxıstanın müasir bayrağının müəllifidir. == Həyatı == Şaken Onlasın oğlu Niyazbəyov 12 oktyabr 1938-ci ildə Qazax Sovet Sosialist Respublikasının Cambbul (indiki Taraz) şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra "Muxa məktəbi" nə daxil olub (mediada bəzən V.I. Muxina adına Leninqrad Ali İncəsənət və Sənaye Məktəbi deyilir). Təlim zamanı Müqəddəs İsaak kilsəsinin, Ermitajın və bir neçə sarayın bərpa işlərində iştirak etmişdir. Rəssamın bir çox rəsm əsərləri, məsələn, "Urmanqazı", "Kubik şaşkan", "İsatay Taimanov", "Abay", "Şokan Ulixanov", "Muxtar Kuezov", "Xam Datuqlı", "Jambil", "Qazaxıstan gəlmiş əsgər", " Ana" sərgilərdə tez-tez eksponatlara çevrilir. Həmçinin Şaken Niyazbəyov Alma-Atanın gerbinin müəllifidir.
Şalen (En)
Şalen (fr. Chaleins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01075. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 31 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 38 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1165 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 807 nəfərin (15-64 yaş arasında) 645 nəfəri iqtisadi cəhətdən fəal, 162 nəfər hərəkətsiz (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 75.4%) idi. Fəaliyyət göstərən 645 sakindən 604 nəfər (323 kişi və 281 qadın), 41 nəfər işsizdir (19 kişi və 22 qadın).
Şano-Şatne
Şano-Şatne (fr. Chanoz-Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01084. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 16 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 706 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 437 nəfərin (15-64 yaş arasında) 362 nəfəri iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.8%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 362 sakindən 335 nəfəri (178 kişi və 157 qadın), 27 nəfəri işsizdir (16 kişi və 11 qadın).
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Şatel-Montan
Şatel-Montan (fr. Châtel-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 152 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 59.8%). Fəal olan 152 nəfərdən 137 nəfəri (81 kişi və 56 qadın), 15 nəfəri işsiz (10 kişi və 5 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şatne (İzer)
Şatne (fr. Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38093. Kommunanın 1999-cu il üçün əhalisi 303 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 324 ilə 548 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Sebastian Sten
Sebastian Sten (13 avqust 1982, Konstansa) — Rumun və Amerikalı aktyor. Aktyor Bir Vaxtlar, Şahlar, Qeybətcil Qızlar, Qara qu quşu və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır. == Həyatı == Sebastian 1983-cü il 13 avqustda Rumıniyanın Konstansa vilayətində doğulub. Səkkiz yaşında olarkən o, anası ilə birlikdə bir vaxtlar anasının piyanist olaraq işlədiyi Vyana şəhərinə köçür. 12 yaşında anası Amerikalı bir özəl məktəb müdürü ilə evləndi, bununlada onlar Nyu-Yorka köçdülər. Aktyorluq üçün o, tanıdığı Stagedor Manor adlı yaz düşərgəsinə qatıldı və bir çox bu kimi düşərgələrə getdi. Bundan sonra o, doğurdanda aktyor olmağa qərar verdi və müxtəlif aktyorluq universitetlərinə müraciət etdi. Rutgers Universitetin Mason Qross Gözəl Sənətlər Fakultəsinə qəbul oldu. Bu onun Londonda Globe Teatrında bir il təhsil almasına səbəb oldu. == Karyerası == İngiltərədən qayıtdıqdan sonra Sebastian Rutgersə qoşulmağa davam etdi, Tony n' Tina's Wedding və Qırmızı Qapılar kimi filmlərdə rol almağa başladı.
Sten Li
Stenli Martin Liber (ing. Stanley Martin Lieber; 28 dekabr 1922[…], Manhetten, Nyu-York ştatı – 12 noyabr 2018[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — ABŞ komiks yazıçısı, məşhur Hörümçək-adam personajını yaradıcısı. Marvel Comicsin redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədri. == Erkən həyatı == Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb. == Karyera == Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adamİks-adamlar və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority"-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub. Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə Sten Li Milli İncəsənət Medalı ilə təltif olunub.
Sten Marş
Sten Marş (ing. Stan Marsh) — Cənubi Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Trey Parker. == Ailəsi == Sten Marş — 4 baş personajdan biri. Katolik. Klonu O biri kainatdan olan Sten Şelli Marş — Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş — Stenın atası, geoloq. Katolik. Roy — 2-ci sezonun 12-ci seriyasında Stenın ögəy atası.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.