ZATƏN

zərf [ ər. ]
1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq.
Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə.
Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn.
Zatən Dilbər son zamanlar tez-tez xəstələnirdi. C.Cabbarlı.

2. ara söz mənasında. Daha doğrusu, əslinə baxanda, əslində. Zatən, o haqlıdır. Zatən, deyəcək sözüm də yoxdur. – Zeynal səbəbini söyləyə bilməyəcəkdi.
Zatən, buna lüzum da yox idi. S.Hüseyn.
Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı.
Zatən də belə idi. T.Ş.Simurq.
Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZATƏN əslində — həqiqətdə
ZATƏLCƏNB
ZATIQIRIQ

Digər lüğətlərdə

ворожба́ горла́стый микроинсу́льт пожа́рный похране́ние тита́нский узлова́тый ходу́ля Эро́т аккурати́ст бурдю́к зачаро́вываться металлопла́ст пенджа́бцы прове́сить си́рый то́шный утю́жение black cab censoriously marble-hearted pseudoaquatic дочистить фиорд