Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vabi-Sabi
Vabi-Sabi (yap. 侘 寂) — ənənəvi Yapon estetikasında keçici olanın və qeyri-mükəmməlliyin qəbul edilməsinə yönəlmiş bir dünya görüşüdür. Bu estetika, çox vaxt qeyri-mükəmməl, keçici və yarımçıq olanın gözəlliyi kimi təsvir olunur. Vabi-sabinin tarixi Buddizm fəlsəfəsi ilə sıx bağlı olub onun müvəqqəti, qeyri-mükəmməl, və qeyri-təbii xüsusiyyətlərlə barışıb onları qəbul etməmizi tövsiyə etməsinə əsaslanır. Vabi-Sabi estetikasının xarakteristikalarına asimmetriya, kələ-kötürlük, sadəlik, qənaətcillik, təvazökarlıq, yaxınlıq və təbii cisim və proseslərin bütövlüyünün qiymətləndirilməsi daxildir. == Təsviri == Leonard Korenin fikrincə, vabi-sabi "ənənəvi yapon gözəlliyi haqqındakı təsəvvürümüzün ən aydın və xarakterik xüsusiyyəti kimi təsvir edilə bilər. Yapon estetik dəyərləri panteonunda o, qərbdə yunan gözəllik və mükəmməllik idealları ilə, demək olar ki, eyni mövqedədir. Andrey Cuniper isə qeyd edir ki, "Bir şey və ya ifadə içimizdə sakit bir melanxoliya hissini və ruhani bir arzunu canlandıra bilərsə, o obyektin vabi-sabi olduğu söylənilə bilər." Riçard Pouell üçün "Vabi-sabi üç sadə gerçəyi bizə tanıtmaqla bu həqiqətləri işıqlandırır: heç bir şey daimi deyil, heç bir şey bitmir və heç bir şey mükəmməl deyil. "Vabi və Sabi sözləri birbaşa tərcümə olunmur. Vabi əvvəllər cəmiyyətdən uzaq, təbiətdə yaşamağın təkliyinə istinad edən mənanı kəsb edirdi; sabi isə "soyuq", "arıq" və ya "quru" demək idi.
Svati
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Svati dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Svazi dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Bhaktivedanta Svami Prabhupada
Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupada (sanskr. अभयचरणारविन्द भक्तिवेदान्त स्वामीप्रभुपाद IAST : benq. অভয়চরনাবিন্দ ভক্তিবেদান্ত স্বামীপ্রভুপাদ də Srila Prabhupada kimi tanınan 1 sentyabr 1896, Kəlküttə — 14 noyabr 1977, Brindaban, Uttar-Pradeş) hindi krişnaçı dini xadim və vaiz, müqəddəs qədim hindu yazılarının tərcüməçisi və şərhçisi; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKKON) qurucusu. Bhaktivedanta Svami Prabhupada, doğulan zaman adı Abhay Charan De, Kəlküttədə, benqal vayşnavların (krişnaçıların) dindar ailəsində doğulmuş və böyümüşdür. 1920-ci ildə Şotland kilsə kollecini bitirdikdən sonra o, ailə həyatı qurmuş və ailəsini saxlamaq üçün əczaçılıq biznesi ilə məşğul olurdu. 1922-ci ildə Abhay ilk dəfə qaudiya- vayşnavizmin məşhur vaizi və reformatoru Bhaktisiddhanta Sarasvati (1874–1937) ilə görüşdmüş və ilk görüşdə ondan Krişnanın təlimlərinin ingilis dilində moizə etməyi xahiş olundu. 1932-ci ildə Abhay Bhaktisiddhantadan ruhani həsrolunma və "Abhay Çaranaravinda Das" adını qəbul etdi . 1954-cü ildə Abhay ailə işlərindən uzaqlaşdı və 1959-cu ildə o, sannyasanı (tərki-dünya həyat tərzi) qəbul etdi və "A. C. Bhaktivedanta Svami" rahib adını aldı. 1954–1965-ci illər arasında Bhaktivedanta Svami vaxtının çox hissəsini hinduların müqəddəs Vrindavan şəhərində vayşnava müqəddəs mətnlərini tərcümə etməklə və onlara şərh verməklə keçirdi. 69 yaşında, Bhaktivedanta Svami qarşı mədəniyyətin gənclərinin şərq mistsizminə olaq maraqlarından ruhlanaraq "Qərbin münbit torpaq üzərində Hindistanın müqəddəs müdrikliyini əkmək məqsədi ilə" təkbaşına bir yük gəmisində Amerika Birləşmiş Ştatlarına yola düşdü.
Bhakvedanta Svami Prabhupada
Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupada (sanskr. अभयचरणारविन्द भक्तिवेदान्त स्वामीप्रभुपाद IAST : benq. অভয়চরনাবিন্দ ভক্তিবেদান্ত স্বামীপ্রভুপাদ də Srila Prabhupada kimi tanınan 1 sentyabr 1896, Kəlküttə — 14 noyabr 1977, Brindaban, Uttar-Pradeş) hindi krişnaçı dini xadim və vaiz, müqəddəs qədim hindu yazılarının tərcüməçisi və şərhçisi; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKKON) qurucusu. Bhaktivedanta Svami Prabhupada, doğulan zaman adı Abhay Charan De, Kəlküttədə, benqal vayşnavların (krişnaçıların) dindar ailəsində doğulmuş və böyümüşdür. 1920-ci ildə Şotland kilsə kollecini bitirdikdən sonra o, ailə həyatı qurmuş və ailəsini saxlamaq üçün əczaçılıq biznesi ilə məşğul olurdu. 1922-ci ildə Abhay ilk dəfə qaudiya- vayşnavizmin məşhur vaizi və reformatoru Bhaktisiddhanta Sarasvati (1874–1937) ilə görüşdmüş və ilk görüşdə ondan Krişnanın təlimlərinin ingilis dilində moizə etməyi xahiş olundu. 1932-ci ildə Abhay Bhaktisiddhantadan ruhani həsrolunma və "Abhay Çaranaravinda Das" adını qəbul etdi . 1954-cü ildə Abhay ailə işlərindən uzaqlaşdı və 1959-cu ildə o, sannyasanı (tərki-dünya həyat tərzi) qəbul etdi və "A. C. Bhaktivedanta Svami" rahib adını aldı. 1954–1965-ci illər arasında Bhaktivedanta Svami vaxtının çox hissəsini hinduların müqəddəs Vrindavan şəhərində vayşnava müqəddəs mətnlərini tərcümə etməklə və onlara şərh verməklə keçirdi. 69 yaşında, Bhaktivedanta Svami qarşı mədəniyyətin gənclərinin şərq mistsizminə olaq maraqlarından ruhlanaraq "Qərbin münbit torpaq üzərində Hindistanın müqəddəs müdrikliyini əkmək məqsədi ilə" təkbaşına bir yük gəmisində Amerika Birləşmiş Ştatlarına yola düşdü.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem.Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Hüseynov Sabir Həbibov —Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidiSabir Məmmədli — Sabir Məmmədov — Azərbaycanın xalq artisti, aktyor. Sabir MirzəyevSabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. == Seneqal spahisi == Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. == İtaliya spahisi == 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Şivaçi
Şivaçi (marathi छत्रपती शिवाजीराजे भोसले; 19 fevral (1 mart) 1627 – 3 (13) aprel 1680) — Maratha İmperiyasının banisi və ilk hökmdarı (1674-1680).
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur.Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır.Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir.Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. == Tarix == Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. === Kommunizmdən bu günə === Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Alesia savaşı
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb. Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir.Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi. == Savaşdan əvvəlki vəziyyət == Roma ənənələrinə görə 2 illik konsulluq müddətini tamamlayan şəxslər Roma vilayətlrində 1 il müddətinə prokonsulluq etmək hüququ qazanırdılar.
Arazbar savaşı
Atom saatı
Atom saatı - zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 mln il müddətinə xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maxsimim soyuq şəraitdə laser vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. Dünyanın vaxt ölçüsünün Big-Ben (İngiltərə) vasitəsilə ölçüldüyü düşünülsə də, əslində Amerikadakı atom saatı ilə ölkələrarası saat qurşağı fərqi ilə ölçülür.
Avaçi buxtası
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Cvari (şəhər)
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Cvari monastırı
Cvari monastırı (gürc. ჯვრის მონასტერი) — Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. Monastır Msxetadakı digər tarixi abidələrllə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Cvari monastırı Kür və Araqvi çaylarının qovuşduğu yer yaxınlığında hündür qayalı dağın zirvəzində yerləşir və qədim dövrdə İberiya çarlığının paytaxtı olmuş Msxeta şəhərinə baxır. Ənənəvi inanca görə IV əsrin əvvəllərində Kral III Miriana xristianlığı qəbul etdirmiş Müqəddəs Nino bu ərazidəki paqan məbədinin yerində böyük taxta xaç ucaltmışdır. Deyilənə görə xaç açıq möcüzələr göstərmiş, buna görə də bütün Qafqaz ərazisindən onun ziyarətinə gəlmişlər. 545-ci ildə taxta xaçın qalıqları üzərində "Kiçik Cvari kilsəsi" adlandırılan ilk kilsə inşa edilmişdir. "Böyük Cvari Kilsəsi" adlandırılan hazırkı kilsə 590–605-ci illərdə I Stefan tərəfindən inşa etdirilmişdir. Bu məlumatın verildiyi və kilsənin fasadında yerləşdirilmiş Cvari kitabələrində kilsənin memarlarının da adı qeyd edilir: Stefanos Patrikiya, Demetri Hipatos və Adernese Hipatos. Professor Kiril Tumanov bu şəxslərin II Stefan, Demetre (I Stefannın qardaşı) və II Adernese (II Stefanın oğlu) ilə identikləşdirilməsinə razı deyil.Zaman keçdikcə əhəmiyyəti daha da artan Cvari monastırı daha çox diqqət cəlb etmişdir.
Cvari şəhəri
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Damğan savaşı
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular.Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi. Damğan döyüşündən sonra Əşrəf xan bu problemi həll etməyə çalışsa da, onun tapdığı həll yolları yetərli səviyyədə olmadı və Murçe Xort döyüşündə də məğlub oldu.
Dünyaların savaşı
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.