Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Meljak
Meljak (fr. və oks. Meljac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12144. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 26 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 62.5%).
PelleK
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir.2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur.4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır. Şirkət müğənninin vokallarından "Lord of Vermillion Arena" oyununda istifadə etmişdir. Həmin il Pellek Riot Games şirkətinin "League of Legends" oyunu üçün "Heartslayer" mahnısını ifa etmişdir.2016-cı ildə "Yaradıcılar: Keçmiş" filmində Aleks Uolker personajını canlandırmışdır.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Sellər
Sel — dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir.
Selvas
Selvas - Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seylan
Stellaj
Stellaj — qiymətli kağızların alqı-satqısı əməliyyatlarının bir növü. Bura da alqı-satqı münasibətlərinin tərəflərindən biri əməliyyat anında birtərəfli qaydada ticarət mövqeyinin seçilməsi hüququna malik olur. Məsələn, alış və ya satış mövqeyi və s.Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır. Stellaj o zaman həyata keçirilir ki, müəyyən oyunçular bu və ya digər səhmlərin məzənnəsinin dəyişmələrini, digərləri isə onun stabilləşməsini gözləyirlər. Satıcının (yuxarıya stellaj) və alıcının (aşağıya stellaj) stellajı ayırd edilir. Stellajın satıcısı səhmlərin məzənnəsinin bu və ya digər tərəfə dəyişmələrinə ümid edir. Buna görə də o, eyni səhmlər üçün call və put opsionlarını eyni vaxtda satır. Satıcı hesab edir ki, məzənnənin dəyişmələri əhəmiyyətli olmayacaq və opsionlar icraya təqdim olunmayacaqlar. == Misal 1 == Oyunçu eyni səhmlərə 1 səhmə görə mükafatı 5 rubldan 350 rubla call-opsion, və 1 səhmə görə mükafatı 7 rubldan 350 rubla put-opsion satır. Opsionların icra müddəti 60 gün sonradır.
Səlmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. == Ümumi məlumat == Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == == Şollar suyu == Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Şerlok
Şerlok Holms
Aleksandr Şerbak
Aleksandr Mixailoviç Şerbak (1926—2008) —Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Aleksandr Mixailoviç Şerbak 1928-ci ildə anadan olmuşdur. 1948-ci ildə Stavropol Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1952-ci ildə filologiya elmlər namizədi adını qazanmış, 1970-ci ildə filologiya elmlər doktoru olmuşdur. Şerbak doktorluq işində türk dialektlərinin müqayisəli fonetikası üzərində dayanmışdır. Bu sahədəki çalışmalarını «Sravnitel'naja fonetika tjurkskih jazykov» (1970) əsərinə toplamışdır. Şerbak əski uyğur dili və özbək dilinin tədqiqi sahəsində də bir sıra əsərlərin müəllifidir. «Oguz-näme», «Muxabbet-näme», «Pamjatniki drevneujgurskoj ı starouzbekskoj pis'mennosti», «GrammatiCeskij oierk jazyka tjurkskih tekstov X- XIII vv. iz Vostoönogo Turkestana», «Grammatika starouzbekskogo jazyka» və s əsərlərini buna misal olaraq göstərmək olar. Türk dialektlərində istifadə olunan e\ və çöl heyvanlarının adlarının tədqiqinə həsr olunmuş çalışması isə türkologiya elminin öyrənilməsinə dəyərli bir töhfədir.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Baccharis selloi
Baccharis selloi (lat. Baccharis selloi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Camalabad (Səlmas)
Camalabad (fars. جمال اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər. yaşayır (50 ailə).