Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nerpa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Allium serra
Allium serra (lat. Allium serra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Banksia serra
' (lat. ) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bulbophyllum serra
Bulbophyllum serra (lat. Bulbophyllum serra) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Nerpa adası
Lamon adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nerpa adası arxipelaqın cənub-qərbində, Severnaya buxtası ərazisində, Aleksandra Torpağı yaxınlığında yerləşir. == Təsviri == Ada uzunsov formaya malindir. Uzunluğu 200 m, eni isə 100 metrdir. Mərkəzi hissədə yüksəklik vardır. Cənub-şərqində kişik qaya vardır. 1950-ci illərdə Şimal dəniz yolu idarəsinin balansında olan «Nerpa» gəmisinin şərəfinə adlandırılmışdır.
Senecio serra
Senecio serra (lat. Senecio serra) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Seria A
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. == Format == 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Seria B
İtaliya B Seriyası — İtaliya futbol liqalarının ikinci səviyyəsidir. 1929-cu ildən etibarən keçirilir.
Serva (En)
Serva (fr. Servas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Peronna kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01405. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 757 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 559 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 74.6%). Aktiv 559 sakindən 530 nəfər (286 kişi və 244 qadın), 29 nəfər işsiz (12 kişi və 17 qadın) idi.
Serap Özçelik
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi. == Karyerası == Fransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb. 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb.
Sera Kadıgil
Salihə Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — Türkiyə Böyük Millət Məclisi 27-ci və 28-ci çağırış millət vəkili. Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırış İstanbul millət vəkili == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü il tarixində İstanbulda anadan olub. 2003-cü ildə Vəfa liseyini bitirmiş, 2007-ci ildə isə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur. 2010-cu ildə həmin universitetdə özəl hüquq ixtisası üzrə magistratura pilləsini bitirib. Sera Kadıgil London Kraliça Meri Universitetində apardığı tədqiqatlar nəticəsində kino əsərləri üzrə magistrlik dissertasiyasını tamamlayıb. Hal-hazırda Sera Kadıgil İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.Evlidir. İngilis dilini bilir. == İctimai-siyasi fəaliyyəti == Sera Kadıgil hüquq karyerasını mədəniyyət və incəsənət sahəsinə yönəltmiş, fəaliyyətə başladığı gündən bu yana bir çox teatr və incəsənət təşkilatları ilə yanaşı, Aktyorlar İttifaqı, Kino və Televiziya İşçiləri Həmkarlar İtifaqı kimi həmkarlar ittifaqlarının vəkilliyini də üzərinə götürüb. İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.2018-ci il Türkiyə Parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışına İstanbul 1-ci seçki dairəsi üzrə millət vəkili seçilmişdir. Parlamentdə o, Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin üzvüdür.
Sera Kutlubey
Sera Kutlubey (24 oktyabr 1997, Ankara) — Türkiyə aktrisası. == Həyatı == Sera Kutlubey 24 oktyabr 1997-ci ildə Ankara anadan olmuşdur. Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir.
Suməə səra
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Maykl Sera
Maykl Ostin Sera (ing. Michael Austin Cera; 7 iyun 1988, Brampton[d], Ontario) — Kanadalı aktyor. "Superpis", "Cuno", "Scott Pilgrim vs. the World" filmləri və "Arrested Development" teleserialı ilə məşhurlaşıb. == Həyatı == Maykl Sera 7 iyun 1988-ci ildə Kanadanın Ontario şəhərində dünyaya gəlib. Lina Cockman və Luigi Cera-nın övladıdır. Atası əslən Siciliyadandlr. Valideynlərinin hər ikisi "Xerox"da çalışıb. Seranın Cordan adlı böyük bacısı və Molli adlı özündən kiçik bacısı var. O, üç yaşında suçiçəyi olarkən dəfələrlə "Ghostbusters" filminə baxıb və elə o vaxtdan aktyorluqla maraq göstərib.
Bərpa olunan enerji
Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.
Lev Vladimiroviç Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Seria A (Braziliya)
Campeonato Brasileiro Série A (Portuqalca tələffüz: [kãmpjoˈnatu braziˈlejɾu ˈsɛɾii ˈa]; İngiliscə: Braziliya Çempionatı A Seriyası), adətən Brasileirão (Portuqal dilində tələffüz: Big Brazilian] futbolu; [brazilian: Big Brazilian] kimi istinad edilir. Braziliyada futbol liqaları içində ən alisi, ölkənin əsas futbol yarışmasıdır. 20 klubun rəqabət apardığı çempionat Campeonato Brasileiro Série B ilə yüksəlmə və aşağı liqaya düşmə sistemi üzərində işləyir. Tarixi xüsusiyyətlərə və ölkənin böyük coğrafi ölçüsünə görə, Braziliya ümummilli futbol yarışlarının nisbətən qısa tarixinə malikdir. Yalnız 1959-cu ildə mülki aviasiya və hava nəqliyyatında irəliləyişlər və Libertadores Kubokunun ilk buraxılışına Braziliya nümayəndəsinin təyin edilməsi ehtiyacı ilə Taça Brasil ümummilli turniri yaradıldı. 1967-ci ildə Torneio Rio-São Paulo digər ştatların komandalarını da əhatə edəcək şəkildə genişləndirildi və Torneio Roberto Gomes Pedrosa oldu və bu da milli turnir hesab edildi. Bu adla ilk Campeonato Brasileiro 1989-cu ildə keçirilib. Bundan əvvəl yalnız 1971-ci ildən sonrakı mövsümlər Campeonato Brasileiro kimi qəbul edilirdi. 2010-cu ildə 1959-cu ildən 1970-ci ilə qədər milli turnirlərin çempionları - Taça Brasil və Torneio Roberto Qomes Pedrosa - Braziliya Futbol Konfederasiyası tərəfindən Braziliya çempionatının rəsmi qalibi və ya Braziliya çempionu (Brasileyrao və ya A Seriyasının qalibləri deyil) elan edilib. Braziliya çempionatının tarixində qeyd olunan köhnə turnirlərin adları A Seriyasının başlığına bərabər tutulur, lakin turnirlər statistikada öz orijinal adları ilə kataloqlaşdırılır (fərqli yarışlar olmasına baxmayaraq, eyni adı verirlər).
Serra-du-Mar
Serra-du-Mar (port. Serra do Mar) — cənub-şərqi Braziliyada dağ sistemi. Uzunluğu 1500 km, hündürlüyü 1889 m-dir. İquasu çayı başlanğıcını bu dağ sisemindən götürür.
Serra Dourada stadionu
Serra Dourada stadionu (port. Estádio do Governo do Estado de Goiás) — Braziliyanın Qoiania şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 50,049 nəfərdir. "Qoyas" və "Vila Nova" klubları ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 9 mart 1975-ci ildə olmuşdur.
Şerba, Lev Vladimiroviç
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Sumə’ə səra
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Sövməə-Səra şəhristanı
Sövməə-Səra şəhristanı (Farsca: شهرستان صومعه‌سرا‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Salihə Sera Kadıgil
Salihə Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — Türkiyə Böyük Millət Məclisi 27-ci və 28-ci çağırış millət vəkili. Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırış İstanbul millət vəkili == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü il tarixində İstanbulda anadan olub. 2003-cü ildə Vəfa liseyini bitirmiş, 2007-ci ildə isə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur. 2010-cu ildə həmin universitetdə özəl hüquq ixtisası üzrə magistratura pilləsini bitirib. Sera Kadıgil London Kraliça Meri Universitetində apardığı tədqiqatlar nəticəsində kino əsərləri üzrə magistrlik dissertasiyasını tamamlayıb. Hal-hazırda Sera Kadıgil İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.Evlidir. İngilis dilini bilir. == İctimai-siyasi fəaliyyəti == Sera Kadıgil hüquq karyerasını mədəniyyət və incəsənət sahəsinə yönəltmiş, fəaliyyətə başladığı gündən bu yana bir çox teatr və incəsənət təşkilatları ilə yanaşı, Aktyorlar İttifaqı, Kino və Televiziya İşçiləri Həmkarlar İtifaqı kimi həmkarlar ittifaqlarının vəkilliyini də üzərinə götürüb. İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.2018-ci il Türkiyə Parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışına İstanbul 1-ci seçki dairəsi üzrə millət vəkili seçilmişdir. Parlamentdə o, Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin üzvüdür.
Aeropa
Aerope yunan mifologiyasında Cretan kralı Katreusun qızıdır. Krala övladlarından biri tərəfindən öldürüləcəyi barədə xəbər verildiyi zaman, Aeropey və bacısını Naupliosa verdi ki, onları uzaqda qul kimi satsın. Mərhəmətli insan olan Nauplios onları Arqosa aparır və Aerope burada evlənir. Aqamemnon və Menalay adlı iki oğlu dünyaya gəlir. Aeropanın əri Atreusu, ərinin qardaşı Thyestes ilə aldatması bir sıra dəhşətli hadisələrin — Atrid dəhşətlərinin başlamasına səbəb oldu. Qadının özü Atreus tərəfindən dənizə atılır.
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı.TəxəllüsHüseyn Dərya — Azərbaycanlı reper və aktyor.DigərDərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə. Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi. == Adı == Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз - коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi, ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift - "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur) və məzrə/məzrəə (ərəb. مزرعة‎) sözlərinə rast gəlmək olardı.
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. == Herma antik dövrdə == === Mənşəyi və xarici görünüşü === Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.