SƏRNİMƏX’
SƏRPAY
OBASTAN VİKİ
Sərpidaş dağı
Sərpidaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2499,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunda, Ağbulaq kəndindən 2,5 km cənub-şərqdə zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Sərpol Zəhab
Sərpol Zəhab — İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,632 nəfər və 8,210 ailədən ibarət idi.
Sərpol Zəhab şəhristanı
Sərpol Zəhab şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərpol Zəhab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,428 nəfər və 18,233 ailədən ibarət idi.
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
гипертрофи́рованный жи́рный изгла́живать и́ссиня- кастанье́тка пастерна́к подбе́ливать предо ту́кнуть ускори́тель штунди́ст голоно́гий щелоче́ние шип forwarder klupper legion opulent selves unheeding заблаговременно контрамарка переброситься потонуть пригвождать