Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sivri kola
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Sivri xanımotu
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Dövlət sirri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Fatehpur-Sikri
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib. == Haqqında == Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir. Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Himalay sidri
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Omar Sivori
Enrike Omar Sivori (isp. Enrique Omar Sívori, 2 oktyabr 1935[…] – 17 fevral 2005) — karyerası ərzində hücumçu mövqeyində çıxış etmiş italyan əsilli argentinalı keçmiş futbolçu və məşqçi. Klub səviyyəsində 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində İtaliyanın Yuventus klubundakı çıxışları ilə tanınır, bundan başqa vətəni Argentinada River Pleyt və İtaliyanın daha bir təmsilçisi Napolidə də oynamışdır.
Sirri adası
Sirri adası (fars. جزیره سیری‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Əbumusa adasından bir qədər qərbdə yerləşir. Hündürlük baxımından da ondan hündürdür. Ada trapesiya formasına malikdir. Onun sahəsi 17 km² təşkil edir. Farorv adası ondan şimalda yerləşir. Uzun zaman Sirri adası ilə əlaqədar olaraq Fars körfəzinin ərəb ölkələrilə İran arasında konflikt yaşanmışdır. Ancaq hazırda ada rəsmən İran ərazisi kimi tanınır. == Adı == Adanın farsca adı Razdır.
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
Təkbuynuzun sirri
Təkbuynuzun sirri - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 11-ci hissəsidir.
Şiori Kutsuna
Şiori Kutsuna (yap. 忽那 汐里, ing. Shioli Kutsuna; 22 dekabr 1992, Killarney Heights[d]) — yapon aktrisa və model. == Həyatı == Kutsuna 22 dekabr 1992-ci ildə Sidney şəhərində anadan oldu. Yaponiyaya köçməzdən əvvəl 14 yaşına qədər Avstraliyada yaşadı.
Şiori Miyake
Şiori Miyake (d. 13 oktyabr 1995) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Əbərkuh sidri
Əbərkuh sidri-İranın Yəzd ostanının Əbərkuh şəhərində həmişəyaşıl sərv İranın Mədəni Miras, Əl işləri və Turizm Təşkilatı tərəfindən bir milli təbii abidə kimi mühafizə olunur və həqiqətən, 25 m hündürlüyü və 18 m dövrəsi ilə böyük turist cəlb edicidir.4000-dən yuxarı yaşı olmaq üçün qiymətləndirilir və Asiyada ən qədim canlı şey ola bilər. Çhina daily-nin gündəlik dünyanın 10 ən qoca ağacları sıralamasına görə, Əbərkuh sidri dünyada ikinci ən qocaman ağacdır.
Sırrı Sakık
Sırrı Sakık (1 avqust 1957, Yörecik[d], Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 19, 23, 24 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sırrı Sakık 1957-ci ildə Muş ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Muşda alıb. 1978-1979-cu illərdə Cumhuriyet və Vatan qəzetlərdə bölgə müxbiri olaraq çalışıb. Daha sonra uzun müddət turizm və sahəsində çalışıb. SHP Muş il sədri olub. 1991-ci ildə SHP namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 19-cu çağırışının deputatı seçilib. TBMM Konstitusiya və Ədalət Komissiyalarının hazırladığı hesabata görə, DEP sədri və deputat Hatip Diclə, deputatlar Leyla Zana, Əhməd Türk, Orxan Doğan, Sırrı Sakık və Mahmut Altınahın toxunulmazlığı TBMM-nin 2 mart 1994-cü il tarixli 78-ci iclasında qəbul edilən 295 saylı qərarla ləğv edilib, DEP-in fəaliyyəti dayandırılıb, həmin ilin iyulunda isə 6 deputat həbs edilib. DEP işi üzrə bir müddət həbsxanada saxlandıqdan sonra sərbəst buraxılıb. 2007-ci və 2011-ci illərdə bitərəf namizəd olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü və 24-cü çağırışlarının deputatı seçilib.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Asiya şiri
Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir. == Ölçüləri == Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir.
Avropa şiri
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Berber şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bərbər şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Dəniz şiri
Dəniz şirləri (lat. Otariinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Görünüşünü == Təbiətdə dəniz şirləri xırıltı, bağırtılı səs çıxarır.
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.