Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Sevkar
Sevkar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Tuzkar
Tuzkar — Əfqanıstanda şəhər.
Yutlar
Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası..b' == Tarixi == Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar. Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar. == Mənbə == Шор Т. У. Глава IV. Юты, готы и норманны // Происхождение англо-саксонской расы = Origin of the Anglo-Saxon Race: A Study of the Settlement of England and the Tribal Origin of the Old English People. — Лондон, 1906. — С. 49–65. Юты // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Sutkalar
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
SOKAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Bruno Sutkus
Bruno Sutkus (14 may 1924 – 29 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper. == Həyatı == Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib.
Hünkar bəyəndi
Hünkar bəyəndi və ya sadəcə Bəyəndi ― Tarixən Osmanlı saray mətbəxinə aid, hazırda Türkiyə Respublikasında geniş istehlak olunan yeməklərdən biri. Hisə verilmiş və ədviyalı badımcanla hazırlanıb, qızardılır, sonra əzilir, süd, əridilmiş yağ və qovurulmuş unla qarışdırılır. Yekunda üzərinə quzu əti qoyulub yeyilir. == Tərkibi == Yemək doğranmış qırmızı ət, rəndələnmiş pendir, süd, un, soğan, badımcan, pomidor, yağ, duz, limon kimi inqredientlərdən ibarətdir. == Hazırlanması == Badımcanlar közlənib qabığından ayırd edilir, bir müddət limonlu, unlu su içində saxlanılır. Ətləri aşağı odda bişirilir, ardınca yağ əlavə edilib soğan və pomidor ilə birgə qovrulur. Bəyəndi hazırlamaq üçün yağ və un birlikdə qovrulur, içərisinə süd əlavə olunur. Sonra suda gözləyən badımcanları çəngəllə əzilib əlavə edilir, və rəndələnmiş pendir də əlavə edilərək bişirilir. Əldə olunan bəyəndinin üzərinə ətləri qoyularaq servis edilir.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. == Kosmik şüaların mənbələri == Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.