Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyatda olan polkovnik-leytenant. Əliyar Əmirov Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) — Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Əliyar (Vərziqan)
Əliyar (fars. علي يار‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (45 ailə).
Əliyar (Şot)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şövt)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şəki)
Əliyar — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. Əliyar Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Şəxs adı əsasında formalaşmışdır. Kəndin əhalisi 531 nəfər təşkil edir ki, onun da 261 nəfəri kişi, 270 nəfəri isə qadındır. .
Əliyar Ağayev
Əliyar Ağayev (17 oktyabr 1987, Bakı) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2013-cü ildən beynəxalq oyunları idarə edir. 2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü. 2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb. UEFA Çempionlar Liqası Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib. AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Monteneqro — Bolqarıstan ilk tur matçında hakim funksiyasını yerinə yetirəcək.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.
Əliyar Yusifli
Əliyar Yusif oğlu Yusifli (15 oktyabr 1929, Püsyan, Naxçıvan MSSR – 1 sentyabr 1993, Naxçıvan) — şаir, drаmаturq. Оrdubаd Pеdаqоji Tехnikumunu (1950), Аzərbaycan Dövlət Pеdаqоji In.-tunun (indiki АPU) dil və ədəbiyyаt fаkültəsini (1956), Mоskvаdа M. Qоrki аd. Ədəbiyyаt In-tu nəzdində ikiillik аli ədəbiyyаt kurslаrını (1969) bitirmişdir. Pеdаqоji fəаliyyət göstərmiş, mətbuаtdа çаlışmışdır. 1970-ci ildən Nахçıvan MR Dövlət Tеlеviziyа və Rаdiо Vеrilişləri Kоmitəsinin Bаş rеdаktоru оlmuşdur. "Dаğlаr yаrаşığı" (1964), "Səni хаtırlаyırаm" (1967), "Səni tаpаcаğаm" (1979), "Bənövşə ətri" (1985) və s. şеir tоplulаrı nəşr еdilmişdir. "Vicdаn əzаbı" (1961), "Ürək sеvərsə" (1962), "Səаdət nаminə" (1970), "Gözüm yоllаrdа qаldı" (1975), "Siz хоşbəхt yаşаyın" (1981), "Əlincədən uçаn qаrtаl" (1989) pyеsləri tаmаşаyа qоyulmuşdur. İllər ömürdən gеdir, B., 1974.
Əliyar bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliyar İbrahimov
İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor. Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır. 1977–1993-illərdə Naxçıvan Regional Elm Mərkəzndə "Biologiya" şöbəsinin müdiri, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdnində yaradılmış "Loğman" Dərman Bitkiləri Elmi İstehsalat Kooperativinin sədri vəzifəsində çalışmış, elmi və müəllimlik fəaliyyətini də davam etdirmişdir. Bu müddətdə Naxçıvan MR-ın florası və bitki örtüyünü tədqiq etməklə yanaşı, regionun bitkiliyində yayılmış dərman bitkilərini öyrənməklə, onlardan insanların sağlamlığının qorunmasında elmi əsaslarla istifadə olunmasına nail olmuşdur. "Loğman" кооperativində Bakının "Fармхим" zavodu və Rusiyanın Qus-Xrustal zavodu ilə birgə müqavilə əsasında hazırladığı "Xatun" biokremi və bitki dərman yığıntıları SSRİ Ticarət-Sənaye Palatası və Toksikoloji Mərkəz tərəfindən müsbət qiymətləndirilmiş, bir sıra böyük şəhərlərdə: Moskva, Sankt-Peterburq, Stavropol, Bakı, Naxçıvan və s. ərazilərdə satılmışdır.
Əliyar İsmayılov
Əliyar İsmayılov — Rusiyalı futbolçu 10 yaşında ikən Kaspiysk şəhərindəki uşaq-gənclər futbol məktəbində Anatoli Kiryanovun rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. 1993-cü ildə "Kaspi" (Kaspiysk, Rusiya, 2-ci liqa) komandasında oynayıb. 1994-cü ildə "Arqo" (Kaspiysk, 2-ci liqa), 1995-97-ci illərdə "Anji" (Mahaçqala, 2-ci və 1-ci dəstələr, Rusiya) komandalarında çıxış edib. 1998-ci ildə Mineralnıe Vodı şəhərinin "Lokomotiv-Taym" (Rusiya, 2-ci liqa) klubunun şərəfini qoruyub. 1998-99-cu il mövsümündə "Turan"da oynayıb (1 oyun). 1999-2000-ci il mövsümündə "Qarabağ"ın heyətində 13 dəfə meydana çıxıb və 2 qol vurub. 2000-2001-ci il mövsümündə yenidən "Turan"a dönüb və 9 oyunda 1 dəfə fərqlənib. Sonrakı 5 ildə Mahaçqala "Dinamo"sunun formasını geyinib. 2005-2006 mövsümünün 2-ci dövrəsindən İnter Bakı klubunda çıxış edib. 2010-cu ilin yanvarında İnter Bakı klubunu tərk edib.
Əliyar Əliyev
Əliyar Əliyev (14 dekabr 1957, Qəzyan, Qubadlı rayonu – 3 oktyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. 1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi.
Əliyar Əmircan
Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Əliyar Əmirov
Əmirov Əliyar Həsənalı oğlu — azərbaycanlı xanəndə.[mənbə göstərin] Əliyar Əmirov 1925-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1941-ci ildə həmin rayonun Ağalıkənd yeddi illik məktəbini bitirmişdir. II dünya müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında xidmət etmişdir. 1949-cu ildən ömrünün sonuna kimi o, M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuşdur. Əliyar Əmirov 1994-cü ildə vəfat etmişdir. Məzarı Biləsuvar şəhər qəbirstanlığındadır. Onlarla muğam onun ifasında Qızıl fondda saxlanılır.
Əliyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır. 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Serj Lifar
Serj Lifar (fr. Serge Lifar Fransızca tələffüz: [sɛʁʒ lifaʁ]), doğum adıyla Sergey Mixayloviç Lifar (ukr. Сергій Михайлович Лифар; 20 mart (2 aprel) 1905 – 15 dekabr 1986, Lozanna, Vo kantonu, İsveçrə) — Ukraynalı əsilli məşhur fransız balet rəqqas və ustası.
Əliyar bəy Haşımbəyov
Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı – 29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi. Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur. Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir. === Tanınmış şəxsləri === Məhərrəm Seyidov — Azərbaycanın Milli Qəhrəmanı Rəhim Arazi — Dissident şair Səyyad Əzizoğlu — şair Saleh Məhərrəmov — Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor.
Elixir
Elixir — Erlang (BEAM) virtual maşınında işləyən funksional və bölünmüş çoxməqsədli proqramlaşdırma dili. Erlang əsasında hazırlanması bölünmə, imtinaya qarşı dözümlülük, yumşaq real vaxt rejimində icra və protokollar vasitəsilə tətbiq olunan markoslar və polimorfizm ilə metoproqramlaşdırmanı təmin edir. Proses ağacları ilə işləmək üçün Erlang / OTP istifadə edir. Əvvəllər Ruby on Rails yaratma çərçivəsinin əsas inkişaf etdiricilərindən biri Plataformatec-in həmtəsisçisi Xose Valim tərəfindən hazırlanmışdır. Onun məqsədi Erlang alətləri və ekosistemi ilə uyğunluğu saxlayaraq Erlang VM-də daha yüksək genişlənmə qabiliyyəti və səmərəliliyi təmin etmək idi.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Xəlifan
Xəlifan (Sulduz) — İranda kənd.
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Elidor
Elidor - ingilis yazıçısı Alan Qarnerin 1965-ci ildə Collins tərəfindən nəşr olunan uşaq fantastik romanıdır. Tərcümələr doqquz dildə nəşr olunub və o, televiziya və radio üçün uyğunlaşdırılıb. == Süjet təqdimatı == Hekayə başqa bir dünyadan gələn peyğəmbərliyi yerinə yetirərək dəhşətli qaranlığı cilovlamaq üçün mübarizə aparan bir qrup uşağın macəralarına aiddir. Süjet real dünyada Elidor dünyasına, Mançester şəhərinə və Şimali Çeşirin bəzi hissələrinə gedir. Qarnerin bir çox kitabları kimi, povestin vurğusu da qəhrəmanların üzləşdiyi seçim və məsuliyyətlərin çətinlikləri, dəyəri və praktiki cəhətləridir. == Başlıq == Elidor adı, Giraldus Cambrensis tərəfindən İtinerarium Cambriae-də 1188-ci ildə ölkə üzrə səyahətinin rekordu olan Elidor və Qızıl Top kimi tərcümə olunan Uels xalq nağıllarından yaranmışdır. Elidor bir uşaq ikən cırtdanlar tərəfindən gözəl olsa da, günəşin tam işığı ilə işıqlandırılmayan bir ölkədə qızıl qalaya aparılmış bir keşiş idi. Bu, Qarnerin Elidor ölkəsinin tutqun səması ilə ziddiyyət təşkil edən Qoriasın qızıl divarlarının təsviri ilə müqayisə edilir. == Ətraflı == İngilis folkloru - Elidor Uilyam Şekspirin “Kral Lir” əsərindən sitat gətirən epiqrafla başlayır: “Çayld Rould Qaranlıq Qülləyə gəldi”. Bu həm də Elidorun süjetinin bir neçə elementinin çəkildiyi “Çayld Rouland” ingilis xalq nağılına işarədir.