Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emanasiya (fəlsəfə)
Emanasiya (lat. emanatio - axın, paylanma) — qədim fəlsəfə anlayışı, [semantik və aksioloji cəhətdən] Kainatın ən yüksək sferasından aşağı, daha az mükəmməl sferalara keçid vektoru: mütləq Varlığın həddindən artıq dolğunluğunun [öz varlığının hüdudlarından kənara] yayılması.
Evansia
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Manaşid
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril. Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. 1 mart 1947-ci ildə anadan olmuşdur. 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur. 17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.