Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Elzas-Lotaringiya
Elzas-Lotaringiya (alm. Elsaß-Lothringen‎, fr. Alsace-Lorraine) — Almaniya imperiyasının ələ keçirdiyi əyalət.🇩🇪 == Tarixi == Sedan savaşından öncə Fransanın torpağı olan Elzas-Lotaringiya bölgəsi Frankfurt Sülh müqaviləsiylə Almaniya imperiyasında bir əyalət halına gəldi. Ancaq Lotaringiyanın kiçik bir qismi Fransaya verildi. Birinci dünya müharibəsindən sonra bölgə qısa bir müddətə Elzas-Lotaringiya sovetləri adı altında müstəqil olsa da, Versal sülh müqaviləsi ilə Fransaya tabe edildi. Yeni gələn fransız idarəsi sürətli bir şəkildə bölgəni fransızlaşdırmağa başladı. Zamanla fransızlaşan bölgəyə Fransa bir çox təhkimat, qala və Majino xəttini qurduqdan sonra İkinci dünya müharibəsindəki fransızların məğlubiyyəti ardından təkrar Almaniyaya keçən bölgə, 1945-ci ildə almanların təslim olmasıyla təkrar Fransa üsul-idarəsinə verildi. Bugün bölgə Fransa idarəsi altındadır.
Erqaş Cümənbülbüloğlu
Erqaş Cümənbülbüloğlu (1870–1937) — cığatay (özbək) xalq şairlərindən biri. == Həyatı == O, 1868-ci ildə hazırda Nurata adlanan yerin Kurkan qışlağında anadan olmuşdur. Erqaşın atası Cümən və onun əmiləri Cassaq və Yarləqəb məşhur şairlərdən olub, xalq arasında böyük hörmət qazanmışdılar. Erqaş çox ağır həyat keçirmişdir. O vaxtki ictimai quruluşun təsiri altında şair tamamilə yoxsul vəziyyətə düşmüş, buna görə də yaşadığı qışlağı tərk etmək məcburiyyətində qalmışdır. Xalq ədəbiyyatının mahir bilicisi Erqaş Cümənbülbüloğlunun yazıya köçürdüyü "Gündoğmuş" dastanı lirik-fəlsəfi məzmunu ilə daim diqqət mərkəzində olmuşdur. Bundan başqa "Əlibəy və Balibəy", "Rövşənxan", "Gündüzlə ulduz", "Qızcıbəy" dastanları da onun qələmində yazıya köçürülmüşdür. Erqaş Cümənbülbüloğlu repressiya qurbanlarındandır, o, 1937-ci ildə həbs olunmuş və güllələnmişdir.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Nəşət Ərtaş

Osman Erbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis vilayəti) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Osman Ərbaş

Əli Erbaş
Əli Erbaş (türk. Ali Erbaş; 1961, Kabadüz, Ordu ili) — Türk akademik və Dəyanət İşləri Naziri.12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var. == Həyat və fəaliyyəti == 1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. 1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur. === Dəyanət işləri üzrə rəhbər kimi === 2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi.
Ərzaq mağazası (film, 1937)
== Məzmun == Reklam-filmdə ərzaq mağazası təbliğ olunur. Ticarətin müxtəlif sahələrində reklam işinin vacibliyi haqqında danışılır. == Film haqqında == Film saxlanılmayıb.
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

Abzas
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Alzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arras
Arras fr. Arras [aʁɑːs], pikard Aro, tar. nid. Atrecht) — Fransanın departamenti olan Pa-de-Kalenin əsas şəhəri və keçmiş Artois əyaləti. Arras şəhəri O-de-Frans regionunda yerləşir. Əhalisi (2014) — 40 970 nəfər. == Coğrafiyası == Arras, Krenşon və Skarp çaylarının, Esko qolunun və burada yerləşən Kale və Due gedən Şimali Dəmiryolunun birləşməsində Lill şəhərindən 160 km və Paris şəhərindən isə 160 km məsafədə yerləşir. A1 "Nor" və A26 "İngiltərə" avtomobil yolları şəhərdən 7 km məsafədədir. == Demoqrafiya == Əhali dinamikası, nəf.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Eqzos
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.
Erciş
Ərciş — inzibati cəhətdən Türkiyənin Van ilinə daxil olan ilçələrdən biri. == Ərazi == Ərciş ilçəsi 2,115 km² ərazini əhatə edir.Van gölündən 5 km məsafədə qurulan Ərciş, Vandan 100 kilometr aralıdır. == Əhali == Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan olan məlumatına əsasən Ərciş ilçəsinin faktiki əhalisi 159,450 nəfərdir (82612 nəfəri kişilər, 76838 nəfəri qadınlar). Onlardan 76,463 nəfəri (40195 nəfəri kişilər, 36268 nəfəri qadınlar) şəhər əhalisi, 82,987 nəfəri (42417 nəfəri kişilər, 40570 nəfəri qadınlar) isə kənd əhalisidir. === Milli tərkibi === Bölgədə əsasən Türklər (daha çox azərbaycanlılar) və kürdlər yaşayır.Ərciş əhalisinin 60% kürdlər, 31% azərbaycanlılar (kürəsünnilər), 7% Anadolu türkləri və 2% sonradan Əfqanıstandan burada yerləşdirilmiş qırğızlardan ibarətdir.
Əddas
Əddas (ərəb. عَدَّاس‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Addas əslən assuriyalı olmuşdur. == Həyatı == Onun haqqında çox məlumat yoxdur. Onun nə vaxt vəfat etdiyi və məzarının harada olduğu məlum deyil. O, Ninevadan olan xristian qul olmuşdur. O, Məkkə müşriklərindən Ütbə ibn Rəbiə və ya Şeybə ibn Rəbiənin qulu olduğu bilinir. == Müsəlman olması == Məhəmməd və Zeyd ibn Harisə ilə Taifdə olarkən, daşqalaq edildikdən sonra Taifdən bir qədər aralıda olan bir üzüm bağında dincəlirlər. Bu zaman Əddas ağalarının əmri ilə Məhəmməd və Zeyd bin Harisə bir boşqab üzüm gətirir. Məhəmməd Bismillahla üzüm yeməyə başlayanda Əddas bunun nə olduğunu soruşur.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Ərciş
Ərciş — inzibati cəhətdən Türkiyənin Van ilinə daxil olan ilçələrdən biri. == Ərazi == Ərciş ilçəsi 2,115 km² ərazini əhatə edir.Van gölündən 5 km məsafədə qurulan Ərciş, Vandan 100 kilometr aralıdır. == Əhali == Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan olan məlumatına əsasən Ərciş ilçəsinin faktiki əhalisi 159,450 nəfərdir (82612 nəfəri kişilər, 76838 nəfəri qadınlar). Onlardan 76,463 nəfəri (40195 nəfəri kişilər, 36268 nəfəri qadınlar) şəhər əhalisi, 82,987 nəfəri (42417 nəfəri kişilər, 40570 nəfəri qadınlar) isə kənd əhalisidir. === Milli tərkibi === Bölgədə əsasən Türklər (daha çox azərbaycanlılar) və kürdlər yaşayır.Ərciş əhalisinin 60% kürdlər, 31% azərbaycanlılar (kürəsünnilər), 7% Anadolu türkləri və 2% sonradan Əfqanıstandan burada yerləşdirilmiş qırğızlardan ibarətdir.
Ərdaq
Ərdaq - İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Dəştabi bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,832 nəfər və 1,262 ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == Mədəniyyət == Kilim Ərdaq şəhərinin ən önəmli əl işlərindən biri olaraq, bu şəhər öz naxışlı və davamlı kilimləri ilə də seçilir.
Arias sindromu
Arias sindromu — II Tip Kriqler-Nacar sindromu (Qlükuronil transferaza çatışmazlığ) da adlandırılır. == Ümumi məlumat == Kriqler-Nacar Sindromu (KNS) az rast gəlinən və bilirubin mübadiləsinin defekti ilə səciyyələnən qaraciyərin anadangəlmə irsi patologiyasıdır. Kriqler-Nacar Sindromu ilk dəfə 1952 (I Tip KNS) və 1962-ci (II Tip KNS) illərdə təsvir edilmişdir. Rast gəlmə tezliyi 1 milyon əhaliyə 0.6–1.0 nəfər düşür. == Haqqında == KNS adətən doğuşdan sonra meydana çıxan və davamlı olan sarılığın səbəbinin tədqiqi zamanı üzə çıxarılır. KNS sərbəst hiperbilrubinemiya hesab edilir və qanda ümumi bilirubin sərbəst bilirubinin hesabına yüksəlmiş olur. Bu sindrom zamanı qanda ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340–765 mkmol/l arasında tərəddüd edir. Digər irsi hiperbilirubinemiyalarda olduğu kimi KNS zamanı da qaraciyərin funksional testləri norma çərçivəsində olur. Kriqler-Nacar Sindromunun iki tipi müəyyən edilir: I və II Tip Kriqler-Nacar sindromu. II Tip KNS zamanı I Tipə nisbətən: bilirubin konsentrasiyası aşağı olur, kerniikterus, yəni baş beyinin yüksək bilirubin konsentrasiyası ilə zədələnməsi az olur, öd rənglənir, qaraciyərdə UGT1A1 enzimi az da olsa qeyd edilir, fenobarbital qəbulu qanda bilirubinin miqdarını 25% azaldır.
Arras (rayon)
Arras (fr. Arras) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Prefektura — Arras. Rayonun əhalisi 2014-cü ildə 264,042 nəfər olmuşdur. Əhalinin sıxlığı — 118 nəfər / km² . Rayonun sahəsi — 2237,92 km².
Artas (İzer)
Artas (fr. Artas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38015. Kommunanın 2012-ci il üçün əhalisi 1725 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 364 ilə 507 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 36 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.