ELZAR

elin zəri, elin sərvəti; elin Günəşi; xalqı qoruyan.
ELZAMİN
ELZARƏ
OBASTAN VİKİ
Elzar Yusubov
Süleyman oğlu Yusubov (9 yanvar 1989, Qəmərli, Dmanisi rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.