ƏRVAH

is. [ ər. “ruh” söz. cəmi] Ruh.
Məcnun ilə Leyliyi qılıb yad; Ərvahlarını eylədin şad. Füzuli.
Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.

Etimologiya

  • ƏRVAH Ərəbcədir, ruh sözünün cəm formasıdır (ruhlar). Kabus (ölünün ruhunun müəyyən cildə girərək gəzməsi) mənasında işlədilir
ƏRUZ
ƏRVƏZ
OBASTAN VİKİ
Ərvah Səbzəvar dərəsi
Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار‎) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergel və konqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.

Digər lüğətlərdə

-об-(а) виртуо́зка девяно́стый накома́ндоваться недожина́ться офла́йновый папа́йя хиу́з яры́га вдыха́ние мышкова́ние припи́сывать са́хар сталини́зм та́к-таки темни́ть ado South China Sea foldaway landscape architecture ring-fence господский зашептаться конченый сыпняк