Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azard (esmines)
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986.
Oscines
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Əsginas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskinas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Eminem
Eminem (əsl adı: Marşall Brüs Meters III; 17 oktyabr 1972[…], Sent-Cozef, Missuri, ABŞ) — ABŞ repçisi. O, hip-hop janrını Orta Amerikada populyarlaşdırıb və indiyə qədərki ən yaxşı repçilərdən biri hesab olunur. Bəziləri inanır ki, onun uğuru ağdərili repçilər üçün musiqi sənayesində qapılar açıb. Eminem 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikanın aşağı təbəqəsinin mübarizəsini əks etdirən mübahisəli transaqressiv əsərlərinə görə tanınır. Müxtəlif janrlarda olan bir çox musiqiçi ondan ilham alıb və onun təsirini geniş şəkildə qəbul edir. Eminem dörd "Brit" və on beş "Qremmi" mükafatı laureatıdır. Eminem ilk albomu olan "Infinite"-ı 1996-cı ildə çıxarıb, bundan bir il sonra 1997-ci ildə "Slim Shady EP" adlı mini-albom təqdim etmişdir. Eminem bu iki buraxılışından sonra Dr. Dre-nin Aftermath Entertainment leyblı ilə müqavilə bağlamışdır. O, 1999-cu ildə buraxdığı albomu "The Slim Shady LP" sayəsində məşhurlaşır.
SMILES
SMILES (ing. Simplified Molecular Input Line Entry Specification - Molekulyar girişi sadələşdirən xəttin giriş spesifikasiyası) - ASCII sxemi ilə kimyəvi maddənin birbaşa stukturunu izah edən sistemdir. Digər "smiles" (azərb. gülüşlər‎) adlı ingilis sözünün omonimidir.
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Aconitum eminens
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Aloe eminens
Aloe eminens (lat. Aloe eminens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Arctium euminus
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Sinonimləri == Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Espinas-Vozel
Espinas-Vozel (fr. Espinasse-Vozelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03110. Kommuna 1825-ci ildə Espinas və Vozel kommunalarının birləşməsi ilə yaradılmışdır. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 850nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 545 nəfər (15-64 yaş arasında) 414 nəfər iqtisadi cəhətdən, 131 hərəkətsiz (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 72.0%) olmuşdur. Fəal 414 işçidən 378 nəfəri (197 kişi və 181 qadın), 36 nəfəri işsizdir (18 kişi və 18 qadın).
Senecio eminens
Senecio eminens (lat. Senecio eminens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sorbus eminens
Sorbus eminens (lat. Sorbus eminens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Search engines
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Infinite (Eminem)
Infinite bu mənalara gələ bilər: Infinite (qrup) Infinite (EP) Infinite (Eminem albomu) — Amerikalı reper Eminemin 1996-cı ildə buraxdığı ilk albomu. "Infinite" (Eminem mahnısı) — Sənətçinin eyniadlı albomuna daxil olan ilk və ilk mahnısı.
10000 manatlıq əsginas
10000 manatlıq əsginas — Azərbaycanda 1994-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1994-cü ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 10000 manatlıq əsginaslar yalnız bir dəfə – 1994-cü ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1994-cü ildə dövriyyəyə buraxılmış 10000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsginasın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunmuşdur. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir. == Ölçüləri == 10000 manatlıq əsginasın ölçüləri 130×65 mm idi. == Mühafizə elementləri == Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. == Həmçinin bax == Azərbaycan manatı == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
10000 yenlik əsginas
10000 yenlik əskinaz (yap. 一万円紙幣) — Yaponiyada işlədilən əskinazlardan biri. Ön tərəfində Meyci dövrü filosofu və Keyo Universitetinin qurucusu Yukiçi Fukuzavanın portreti əks olunmuşdur. Əskinazın arxa tərəfində isə Byodo-ində yerləşən Feniks zalındakı Hoo (yap. 鳳凰, Çin feniksi) rəsmi var. Saxta əskinazların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əskinaza bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir: holoqram, oyma nəşr, gizli şəkil, lüminessent mürəkkəb, mikronəşr, inci mürəkkəb, EURion bürcü və s.
1000 manatlıq əsginas
1000 manatlıq əsginas — Azərbaycanda 1993-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2001-ci illərdə) buraxılmışdır. == Tarixi == 1000 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Həmin əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. 2001-ci ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1000 manatlıq əsginaslar da dövriyyədə qaldı. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən çap edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır.
100 manatlıq əsginas
100 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır. == Tarixi == 100 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 100 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 100 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Hazırda dövriyyədə olan 100 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.
10 manatlıq əsginas
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır. Son iki buraxılış hazırda tədavüldədir. == Tarixi == 10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
1 manatlıq əsginas
Bu məqalə Azərbaycanda istifadə olunan manat haqqındadır. Türkmənistan manatı üçün baxın: 1 manatlıq əsginas (Türkmənistan) 1 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir və dövriyyəyə ən çox — 4 dəfə (1992, 1993, 2005 , 2009-cu illərdə) buraxılmış əsginasdır. 1 manat 100 qəpiyə bərabərdir. == Tarixi == 1 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq 15 avqust 1992-ci ildə buraxılmışdır ki, həmin əsginaslardan biri 1 manatlıq əsginas idi. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 1 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
200 manatlıq əsginas
200 manatlıq əsginas — Azərbaycanda buraxılan milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir. == Tarixi == Əsginasın buraxılması haqqında qanun nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Yeni əsginasın buraxılması haqqında ilk fikirlər hələ 2017-ci ildə səsləndirilmişdi. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti olan "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçilmişdir. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Giesecke+Devrient şirkətində istehsal olunmuşdur. 200 manatlıq əsginas 2018-ci ilin 24 mayından dövriyyədədir. Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur. Dövriyyəyə 200.000.000 milyon manat çap edilib.
20 manatlıq əsginas
20 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 ve 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir. == Ölçüləri == 20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir. == Mühafizə elementləri == Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
250 manatlıq əsginas
250 manatlıq əsginas — Azərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsginas sadə dizayna malik olmuş, ön tərəfində Qız qalası təsvir olunmuşdur.
50 manatlıq əsginas
50 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır. == Tarixi == 50 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 50 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 50 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Hazırda dövriyyədə olan 50 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar təhsil və gələcək mövzusuna həsr olunmuşdur.