Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağrı dağı
Ağrı dağı — Qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır.Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Ani Zəfər tağı
Zəfər tağı — Türkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir. == Haqqında == Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır. Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir.
AGP
Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir.Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. == Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi == Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. İndiyə qədər AGP Azərbaycan 9 Milli Seçim Konfransı, 8 Məktəb Sessiyası və 7 Üniversite Sessiyası təşkil etmişdir.
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
APİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb.
AQP
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
ATI
ATI Technologies (qısa adıyla ATI) — yarımkeçirici texnologiyası əsasında Ontarioda fəaliyyət göstərən şirkət idi. 1985-2006-cı illərdə fəaliyyət göstərib.
AYİ
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Ari
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arıOnlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Ağni
Ağni Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. == Toponimkası == Ağni- Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. XIX əsrin ortasında kəndin əhalisi Türkiyədən gəlmə ermənilər idi.(yenə orada). Yaqut Həməvi (XIII əsr) Gəncə şəhərinin yaxınlığında bir qalanın Akna adlandığını yazmışdır. Ehtimal ki, kəndin əhalisi müəyyən tarixi hadisə ilə əlaqədar olaraq həmin qaladan çıxmadır.
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.