1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka.
// Şüur, idrak.
2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir.
◊ Ağıl dəryası – çox ağıllı, çox bilikli, dərin məlumatlı (bəzən zarafat və istehza ilə deyilir).
Ağıl dişi – bax diş.
Ağıl eləmək – baş işlətmək, fikirləşmək, düşünmək, mülahizə etmək, fikirləşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. ( Ata. sözü ).
Ağıl öyrənmək – başqasından bilik və təcrübə əxz etmək, ibrət götürmək, ibrət dərsi almaq.
Ağıl öyrətmək – yol göstərmək, iş öyrətmək, nəsihət vermək. Hər iş adama bir ağıl öyrədir. ( Ata. sözü ).
Ağıl vermək – başına ağıl qoymaq, öyüd vermək, yol göstərmək, pis yoldan uzaqlaşdırmaq.
Ağıl-ağıla vermək – bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək.
Ağıldan kasıb (kəm, naqis) – axmaq, gic, ağlı az, zehni cəhətdən az inkişaf etmiş.
Ağla batmaq (yatmaq) – inana bilmək, mümkün hesab etmək, inanmaq.
Ağla çatmaq – anlaya bilmək, düşünə bilmək, dərk edə bilmək.
Ağla sığmaq – inanıla bilmək, mümkün olmaq.
Ağlı azmaq – 1) dəli olmaq, ağlını çaşdırmaq, ağlını itirmək;
2) sözünü, hərəkətini, işini bilməmək, başdan çıxmaq.
Ağlı (başından) oynamaq – dəli kimi olmaq, ağlı çaşmaq.
Ağlı ala qayada – huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlərdə olan adam haqqında.
Ağlı başına gəlmək – 1) özünə gəlmək, ayılmaq;
2) məc. ağıllanmaq, pis işdən, avaralıqdan əl çəkib doğru yola düşmək, düzəlmək.
Ağlı başında – ağıllı, dərrakəli, düşüncəli, öz işini, xeyrini-zərərini bilən adam haqqında.
Ağlı başında olmaq – öz işi və hərəkətlərində ayıq və dərrakəli olmaq, öz xeyir və zərərini bilmək.
Ağlı başından çıxmaq – 1) bax ağlı başından getmək 3-cü mənada;
2) məc. bərk hirslənmək, acığı tutmaq.
Ağlı başından getmək – 1) ağlını itirmək, ağlını çaşdırmaq, dəli olmaq, sərsəmləmək;
2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmək;
3) məc. məftun olmaq, vurulmaq, valeh olmaq.
Ağlı çaşmaq – çaşıb qalmaq, nə edəcəyini bilməmək. [Hacı Həsən:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şəhərin ölülərini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına.
Ağlı getmək – bax ağlı başından getmək 3-cü mənada.
Ağlı kəsmək – 1) ağlına batmaq, inanmaq, güman etmək, etiraf etmək; mümkün bilmək.
2) anlamaq, başa düşmək.
Ağlı kəsməmək – 1) başa düşməmək, dərk edə bilməmək. Uşaqdır, ağlı kəsmir;
2) mümkün hesab etməmək, güman etməmək.
Ağlı uçmaq – bax ağlı getmək.
Ağlı(nı) baş(ın)a yığmaq – ağıllanmaq, ağıllı olmaq, öz hərəkətini ölçüb-biçmək, fikirləşmək, düşünmək.
Ağlı(nı) uduzmaq – 1) hiyləyə aldanmaq, uymaq, gözü bağlanmaq;
2) yanılmaq, səhv etmək.
Ağlına çatmaq – dərk etmək, anlamaq, başa düşə bilmək, xəyalına gətirmək.
Ağlına gətirmək – yadına salmaq, fikrinə gətirmək, təsəvvürünə gətirmək.
Ağlını aparmaq – başdan çıxarmaq, heyran etmək, məftun etmək, valeh etmək.
Ağlını başına cəm etmək – bax ağlını başına yığmaq.
Ağlını başından çıxarmaq – 1) azdırmaq, pis yola çəkmək;
2) məc. məftun etmək, valeh etmək.
Ağlını itirmək – 1) dəli olmaq;
2) bax ağlı başından çıxmaq.