Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanne-syur-Luar
Qanne-sür-Luar (fr. Gannay-sur-Loire) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03119. 2008-ci ildə əhalinin sayı 416 nəfər təşkil edirdi. 2007-ci ildə 243 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 172 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 63.2%). Fəal olan 172 nəfərdən 157 nəfəri (91 kişi və 66 qadın), 15 nəfəri işsiz (3 kişi və 12 qadın) idi. Aktiv olmayan 71 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qanne-sür-Luar
Qanne-sür-Luar (fr. Gannay-sur-Loire) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03119. 2008-ci ildə əhalinin sayı 416 nəfər təşkil edirdi. 2007-ci ildə 243 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 172 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 63.2%). Fəal olan 172 nəfərdən 157 nəfəri (91 kişi və 66 qadın), 15 nəfəri işsiz (3 kişi və 12 qadın) idi. Aktiv olmayan 71 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ağanus
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == İnfrastrukturu == Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.
Ağan
Fehmi Ağani
Fehmi Ağani (alb. Fehmi Agani) — 1990-cı illərdə Kosovo Demokratik Liqasının görkəmli mütəfəkkiri və siyasi strateqi kimi şöhrət qazanmış kosovalı sosioloq və siyasətçi. O, 1998-ci ildə Kosovo müharibəsi başlamazdan əvvəl onu beynəlxalq danışıqlarda təmsil edib, lakin böyük ehtimala əsasən müharibə zamanı Yuqoslaviya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. == Erkən illər == Fehmi Ağani Cyakovitsada (Yuqoslaviya krallığı) anadan olub və Priştinada məktəbdə təhsil alıb. Belqrad Universitetinin İncəsənət fakültəsinə daxil olub, 1959-cu ildə oranı bitirib və 1964-cü ildə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Daha sonra Priştinada sosiologiyadan dərs deyir, doktorluq dərəcəsini alır və Priştina Universitetində müəllimlik edir. Ağani həm də 1967-1970-ci illərdə Albanologiya institutunun direktoru, 1978-1980-ci illərdə Fəlsəfə fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Hakimiyyət onu 1981-ci ildə müəllimlik hüququndan məhrum edir və elə həmin il Kosovoda tələbə etirazlarından sonra Kosovo alban alimlərinə qarşı kampaniya çərçivəsində onu universitetdən qovur. == Siyasi karyera == Ağani 1994-cü ildə Kosovo Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü seçilir, iki ildən sonra isə həqiqi üzv olur. O, görkəmli mütəfəkkir və siyasi strateq kimi şöhrət qazandığı Kosovo Demokratik Liqasının həmtəsisçisi və rəhbərinin müavini kimi İbrahim Ruqovanın yanında çalışaraq Kosovonun gələcəyi ilə bağlı siyasi müzakirələrdə iştirak edir.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Azande
Azande və ya Banda — Mərkəzi Afrikada, əsasən Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Cənubi Sudan ərazisində, qismən də Sudanda yerləşən yayla. Bu, Konqo çayı, Çad gölü və Nil çayı hövzələri arasında su hövzəsidir. Hündürlüyü 600–900 metrdir, lakin ən hündür nöqtəsi 1388 metrə çatır.
Joanne
Amerikalı müğənni Ledi Qaqanın beşinci studyo albomu. 21 noyabr 2016'da Interscope Records tarafindən yayımlandı. Qaqa albomda Mark Ronson, Jeff Bhasker, BloodPop və RedOne məşhur bəstəkarlarla işləyərək albomun əsas məhsuliyyətini öz üzərinə götürdü. Joanne, kiçik soft rock, instrumental, country və dans-pop tərzində yazılmış albom aile və emosional temalarda və bibisi Joanne Stefani Germanotta'nın ölümü ilə bağlı yazılmışdır. Tanıtım mahnısı Perfect Illusion (Mükəmməl İllüziya) olan albom Argantina, Brezilya, Meksika, Tayvan, Japonya, Koreya kimi beynəlxalq listlərdə 1-cilik əldə etdi. Albomun satışı ABŞda Qaqanın dördüncü lider albomu adını aldı. Albomun İkinci mahnısı, ən çox dinlənilən və ən çox yüklənilən "Millions Reasons" (Milyonlarla səbəb) parçası olmuşdur. Albomun üçüncü mahnısı olan "Hey Girl" Qaqanın yaxın rəfiqəsi, musiqiçi, aranjman, bəstəkar Florence Welch ilə birlikdə yazılmış və duet şəklində oxunmuşdur.
Akanye
Akanye — vurğusuz hecalarda /a/ və /o/ saitləri arasında fərq qoyulmaması. Cənubi rus dili, mərkəzi rus dilinin bir hissəsi və bütün Belarus dialektləri üçün xarakterikdir. Bu, rus və belarus ədəbi dillərində normadır (belarus dilində akanye yazıda da əks olunur). Ukrain dilinin bəzi dialektlərində qeyri-ədəbi formada istifadə edilir (əsasən rus və belarus dillərinin yayıldığı ərazilərlə ilə həmsərhəd yerlərdə). Akanye sloven dilinin bəzi dialektlərində də mövcuddur.
Aganon
Callicarpa (lat. Callicarpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Alayne Baquerot
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Joanne Fox
Joanne Fox (d. 12 iyun 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Joanne Fox, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və Qızıl medal qazanıb. == Karyerası == Joanne Fox, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Joanne Fox, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Tayanne Mantovaneli
Tayanne Mantovaneli (d. 14 fevral 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Tayanne Mantovaneli 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Tayanne Mantovaneli 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Fernanda Kavaliyeri ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Aganon umbellata
Callicarpa arborea (lat. Callicarpa arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Agave communis
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istifadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Qanna (kommuna)
Qanna (fr. Gannat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03118. 2008-ci ildə əhalinin sayı 5868 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 3528 nəfər (15-64 yaş) arasında 2.453 nəfər iqtisadi fəal, 1075 fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə bu 67.2%). Fəal olan 2453 nəfərdən 2118 nəfəri (1147 kişi və 971 qadın), 335 nəfəri işsiz (150 kişi və 185 qadın) idi. 1075 hərəkətsiz 340 nəfər arasında şagird və ya tələbə, 339 nəfər təqaüdçü, 396 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Kanne
Le-Kanne (fr. Le Cannet, oks. Lo Canet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Kannalar-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mujen kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,71 km², əhalisi — 42 531 nəfərdir (2006) artım tendensiyası ilə: 43 115 nəfər (2012), əhalinin sıxlığı 5592,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 42 754 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.