Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağdamlı günlərimiz (film, 2001)
Ağdamlı günlərimiz qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam ermənilər tərəfindən işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır. == Məzmun == Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır.
Aydın Ağdaşlı
Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri. == Ailəsi və ilk illəri == Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi. İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı.
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.
Abdallı
Abdallı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Abdallı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Ağamalı
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb. == Tarixi == Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Ağdamlar
Ağdamlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Toponimikası == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində - 1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim rəng bildirən ağ sözü ilə -lar cəm şəkilçisi qəbul etmiş, türk dilində «ev, divar» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ağsaçlı
Badamlı
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Ciğdamlı
Ciğdamlı, Ciğdəmli, Azatavan (erm. Ազատավան) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı «Cilçay»dır. Erməni mənbələrində kəndin adı Çidəmli, Cidamlı, Cifdamlı formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli, Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Nağdalı
Nağdalı — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Şamkənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin yaşı 500 ildən çoxdur. == Mədəniyyəti == Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi, 50 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS- fəaliyyət göstərirdi. == Coğrafiyası və iqlimi == Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşir. Kəndin ətrafından hər tərəfə geniş yayalaqlar başlayır. Şimaldan DQMV-i, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi, şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir. Nağdalı çayı kəndi iki hissəyə ayırır.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi.Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd.Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd. Məmmədağalı — Azərbaycanın Qəbələ rayonunda kənd. Mustafaağalı — Azərbaycanın Bərdə rayonunda kənd.
Ağdam
Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər. Ağdam rayonunun mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Abdallı (Bolnisi)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Abdallı (Borçalı)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Abdallı (Oğuz)
Abdallı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abdallı Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 43 kilometr şərqdə, Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 900 metrdir. Oğuz rayonunda izi, sorağı tarixin dərinliklərindən gələn, bu torpağın qədim sakinlərindən xəbər verən toponimlərdən biri də Abdallı toponimidir. Tədqiqatçı E.Nuriyevin "Şəki-Zaqatala zonasının toponimiyası" adlı əsərində Oğuz rayonunun Abdallı kəndinin XIX əsrə aid məlumata görə həmin əsrin əvvəllərində Şəki qəzasının Qoruqlar kəndindən köçüb gələnlər tərəfindən salındığını qeyd etmişdir. Kəndin yaşlı sakinləri isə burada insanların məskunlaşmasının daha qədim tarixə malik olduğunu bildirirlər. Abdallı sözünün mənşəyi və mənası haqqında elmi ədəbiyyatda iki əsas mülahizə irəli sürülür. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. İsveçrə şərqşünası Adam Mets ilk dəfə 1922-ci ildə nəşr olunan " Müsəlman intibahı" əsərində yazırdı ki, IV–X əsrlərin tarixçilərinə və şalnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız abdallar məlum olmuşdur.
Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996, Masallı rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamalı Sadiq
Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993). == Həyatı == Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur. === Ailəsi === Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur.
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu. Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi.
Badamlı (Marağa)
Badamlı (fars. باداملو‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Badamlı (Qoşaçay)
Badamlı (fars. باداملو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (54 ailə).
Badamlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycanBadamlı (kənd, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Badamlı (qəsəbə, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda qəsəbə.İranBadamlı (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Badamlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.DigərBadamlı — Azərbaycanın Şahbuz rayonunda bulaq Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Badamlı nabat — Karameləoxşar Azərbaycan şirniyyatı. Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi.
Badamlı (Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Maqdanlı
Maqdanlı — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsiAbdunnafi Ağdaşi- namaz təlimi kitabı.