Səməd ağa Ağamalıoğlu
Səməd ağa Ağamalıoğlu (27 dekabr 1867, Qıraq Kəsəmən, Qazax qəzası – 6 oktyabr 1930, Moskva) — inqilabçı, publisist, SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü, ilk xalq torpaq komissarı, "Şərqdə Mədəni İnqilab"ın banisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində, ağa ailəsində anadan olmuşdur. Qori Seminariyasında təhsil almışdır.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-ci ildə bütün varidatını xidmətçilərinə verərək 1905–1907 illər inqilabında əhalinin sosial — iqtisadi vəziyyətini yaxşılaşdırmaq, insan hüquqlarını müdafiə etmək, daha dinc və ədalətli cəmiyyət qurmaq uğrunda fəal iştirak etmişdir. 1917-ci ilin aprelindən RSDFP-inin birləşmiş Komitəsi İcraiyyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli bolşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı "Gələcək" və "Pobujdeniye" Qəzetlərin redakotoru olmuşdur. 1918-ci ilin sonunda Bakıya gəlmişdir.
1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Müsavat parlamentində sosialist fraksiyasının üzvü olan Bolşeviklərin xəttinə tərəfdar çıxmış Müsavatçıların milli siyasətini qətiyyətlə pisləmiş, İngilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını Azərbaycan ilə sovet Rusiyası arasında ittifaq tələb etmişdir. 1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.
Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s.