Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovuc daşlayıcı
Ovuc daşlayıcı (danışıq dilində Laqonda adıyla tanınır), cilama və doğrama məqsədilə işlənən səyyar elektrik alətdir. Memarlıqda, metal işçiliyində, taxtaçılıqda və dülgərlikdə daha çox işlənilir. Ovuc daşlayıcılar elektrik və ya benzin motorları, eləcə də sıxılmış hava əsasında işləyə bilər. Alət işə salınanda ovuc daşlayıcının başlığı üstündəki diski hərəkətə başladır. Ovuc daşlayıcı 1954-cü ildə Steinheim an der Murr adlı Almaniya şəhərində Ackermann + Schmitt (FLEX-Elektrowerkzeuge GmbH) şirkəti tərəfindən icad edilib, və bu səbəbdən uzun zaman çox ölkələrdə bu aləti sadəcə "Fleks" (ing. Flex) adlandırırdılar. 1970-ci illərdə SSRİ ərazisinə gətirilən modellərinin çoxusun Bolqarıstanda istehsal olduğuna görə aləti "Bolqarka" (rus. Болгарка) adlandırmağa başladılar, lakin sovet xalqları leksikonlarından başqa bu söz həmin mənada heç bir dildə işlənmir.
Sazlayıcı
Sazlayıcı – proqramçıya başqa bir proqramı addım-addım çalışdırmağa, verilənlərin dəyişilməsini izləməyə və şərtlərin yerinə yetirilməsini yoxlamağa imkan verməklə onu sazlayan proqramdır. Sazlayıcıların 2 (iki) əsas növü var: maşın səviyyəsində və ilkin mətnlər səviyyəsində işləyənlər. Maşın səviyyəli sazlayıcılar — faktiki çalışan maşın komandalarını (assembler dilinin komandalarına çevrilmiş) əks etdirirlər və registrlərin və yaddaş oyuqlarının tərkibinə baxmağa imkan verirlər. İlkin mətn səviyyəli sazlayıcılar — proqramçıya orijinal ilkin koda (məsələn, C və ya Pascal dilində) baxmağa, dəyişənlərin və verilənlər strukturlarının adlarına görə onların qiymətlərini yoxlamağa və s. imkan verirlər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.