Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baburlu
Baburlu — İrəvan xanlığının Talın mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
Abajur
Abajur (fr. abat-jour sözün əsl mənasında "işıqlandırma tənzimləyicisi") — lampanın ayrılmaz hissəsi, daxili dizaynda, daxili dekorasiyada istifadə olunur. Abajur gözü parlaq işıqdan qorumaq və işığın yayılma istiqamətini dəyişmək üçün işıq mənbəyinə taxılan xüsusi formalı qalpaqdır. Abajur həmçinin çırağın bəzək elementidir. Şüşə, plastik kütlə, metal, parça və s.-dən müxtəlif formalarda hazırlanır. == Tarixi == Abajur ilk dəfə Fransada iki yüz ildən çox əvvəl ortaya çıxdı və o vaxtdan bəri bir çox insanın evlərində yerləşərək bütün dünyanı fəth etdi. Qədim dövrlərdən bəri gözləri məşəllərin, şamların və daha sonra kerosin lampalarının işığından qorumaq üçün insanlar xüsusi metal qapaqlar icad edirdilər. Tədricən dizaynerlər bu dekorativ elementə xüsusi diqqət yetirməyə başladılar. Müxtəlif növ parçalardan müxtəlif formalı və çalarlı abajurlar hazırlamağa, onları saçaqlar, fırfırlar, boncuklarla bəzəməyə başladılar. İndi abajur yalnız interyerin zəruri və funksional bir hissəsi deyil, həm də estetik zövq verməyə qadirdir.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.