Slitere Milli Parkı
Slitere Milli Parkı (latış. Slīteres nacionālais parks) — Latviyanın qərb sahillərində, Kurzeme vilayəti, Talsin rayonu ərazisində yerləşən milli park.
1910-cu ildə Riqa təbiət sevərləri Rusiya imperiyası torpaq idarəçiliyi və kənd təsərrüfatı idarəsinə Mirisa adasında qoruğun təşkili üçün müraciət edir. Bunun üçün icazə alınır. Nəticədə Usmas gölündə yerləşən Morisa adasında qoruq təşkil edilir. Qoruğun sahəsi 80 ha təşkil edir. Bu qoruq Latviyanıın və SSRİ-nin ən yaşlı qoruğu olur.
Latviyanın ikinci qoruğu isə 1921-ci ildə təşkil edilən və sahəsi 717 ha ərazini əhatə edən, Dunqada şəhəri yaxınlığında yerləşən «Zalie kalni» (Yaşıl təpələr) qoruğu olur.
Sonradan Talsin rayonu ərazisində yerləşən «Zalie Kalni» qoruğu yerində sahəsi 15 060 ha olan «Slitere» qoruğu təşkil edilir. Bu qoruq ondan ölçü baxımınndan kiçik olan «Morissala» (o zamnki sahəsi 818 ha) və «Qrini» (sahəsi 1076 ha) qoruqlarının idarəçiliyinə tabe etdirilir.