Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acıdərə
Acıdərə (Şamaxı) — Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Acıdərə — İsmayıllı və Kürdəmir rayonlarından axan çay. Acıdərə — Şamaxı rayonunda çay. Acıdərə — Şamaxı rayonu ərazisində dağ. Acıdərə — Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Acıdərə — Qazax rayonunun Şimal qərbində yarğan. Acıdərə — Qax rayonu ərazisində dərə. Acıdərə — Tovuz rayonu ərazisində dərə. Acıdərə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Acıdərə (Soyuqbulaq)
Acıdərə (fars. حاچي دره‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (35 ailə).
Acıdərə (Şamaxı)
Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir. == Tarixi == Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. == Əhalisi == Əhalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).
Acıdərə dağı
Acıdərə — Şamaxı rayonu ərazisində dağ. == Ümumi məlumat == Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3.