Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adaçayı
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Adaçayı yağı
Adaçayı yağı — Azərbaycanda acı alma yağı olaraq bilinən Adaçayı yağı bitkisinin hündürlüyü 100–130 sm-ə qədər çatan çox illik bitkinin yağı. Bu bitkinin qoxusu fərqli və cəzbedicidir. Özünəxas xarakteristik qoxusu var. Çox vaxt sarımtıl, bəzi hallarda isə rəngsizdir. Adaçayın bitkisinin vətəni Orta Avropa və Balkanlardır. Hal-hazırda dünyanın hər yerində hətta Azərbaycandada yetişdirilir. Adaçayının digər adı Acı Alma yağıdır. Buna səbəb isə yağın əldə edildiyi Salvia triloba bitkisinin budaqlarında almanı xatırladan balaca tünd yaşıl rəngli toxumların olmasıdır. Bu toxumların tərkibində 60-a qədər Sineol maddəsi var. Adaçayı yağını bitkinin yarpaq və çiçəklərindən buxar damcı yoluyla əldə edirlər.
Avstriya adaçayı
Avstriya adaçayı (lat. Salvia austriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Yayılması və ekologiyası == Mərkəzi vəə Şərqi Avropada rast gəlinir. Çöllərdə, çəmənliklərdə, sahələrin kənarında bitir. == Botaniki təsviri == Bitkinin boyu 30-50 sm, gövdəsi sadə, düz olur.
Yaşıl adaçayı
Yaşıl adaçayı (lat. Salvia viridis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Adaçayı cinsinə aid növlər
== A == Salvia abbottii Urb., 1922. Salvia absconditiflora Greuter & Burdet, 1985. Salvia abyssinica L.F., 1782. Salvia abyssinica Hochst. ex Engl., 1891 Salvia abyssinica Jacq., 1781-86 Salvia abyssinica R.Br. Salvia acaulis Vahl, 1804 Salvia acetabulosa L., 1767 Salvia acuminata Ruiz & Pav, 1798. Salvia acuminata Vent., 1800. Salvia acuminatissima Steud., 1841 Salvia acutata Brot. Salvia acutifolia Ruiz & Pav., 1798. Salvia adenoclada Briq., 1898.
Alaçatı
Alaçatıtürk. Alaçatı, yun. Αλάτσατα)—Türkiyənin İzmir şəhəri yaxınlığında Çeşmə yarımadasında kənd. == Ümumi məlumat == == Tarix == == Coğrafya == Alaçatı Egey dənizi sahilindədir. == Kültür == == Əhali == 2000-ci il sayımına görə əhalisi 8.401 nəfərdir.
Arpaçayı
Arpaçayı (Ərdəbil)
Ağadayı
Ağadayı — Azərbaycanda üzüm növü. Azərbaycanın əsas yerli süfrə üzümüdür. Abşeronda əkilmiş, əvvəlcə həyətyanı sahələrdə, sonralar ictimai təsərrüfatlarda irimiqyaslı üzümlüklər salınmışdır. Demək olar ki, respublikanın hər yerində yayılmışdır. Keçən əsrin 70-ci illəri Füzuli və Ağdam rayonları üçün çox yüksək məhsuldarlıq illəri olmuşdur. Tovuz rayonunun dağətəyi kəndi olan İbrahimhacılı kəndində bu sortdan bir neçə hektar üzümlük vardır. Ancaq Ağadayı sortunun gilələri orada lazımi rəng toplaya bilmir. == Yetişdirilməsi == 1990-cı ildə sortdan əkin materialı götürüb Gəncədə "Üzüm-tredinq LTD" MMC-də iki cərgə üzümlük salınmışdır. Kolları çox güclüdür. Suvarılan münbit torpaqlarda geniş qida sahəsi, güclü dayaq və güclü forma tələb edir.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur.
Akteon adaları
Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir. == Coğrafiya == == Tarixi == Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Aland adaları
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Aleksandr adaları
Aleksandr adaları — Frans-İosif Torpağına daxil olan 5 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Cekson adasının şimalında yerləşir. 5 km cənubda isə Pontremoli adaları qərarlaşır. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan ən iri adanın hündürlüyü 46 metrdir. Diametri isə 900 metr. Digərlərinin uzunluğu 100 metri keçmir. Digərlərində yüksəklik yoxdur. Onlar buzdan azaddır. Adalar Avstriya-Macarıstan imperator və hərb naziri, 1872–1874-cü illər ekspedisiyasını maliyyələşdirən Aleksandr fon Krobatininin şərəfinə adlandırılmışdır.
Amakusa adaları
Amakusa adaları (yap. 天草諸島) — Kyuşu adasının qərb sahili yaxınlığında Şərqi Çin dənizində yerləşən yapon arxipelaqı. İnzibati cəhətdən Kumamoto və Kaqoşima prefekturalarına aiddir. Arxipelaqda ümumi sahəsi təxminən 900 km² olan 70-ə yaxın ada var.
Amami adaları
Amami (yap. 奄美群島) — Sakit okeanda, Nansey arxipelaqına daxil olan adalar qrupu. Ryukyu adalarından fərqli olaraq Okinava prefekturasına deyil Kaqoşima prefekturasına daxildir. Əhalisi Ryuku dilinin dialektində danışır. == Coğrafiyası == Amami arxipelaqı ümumilikdə 13 adadan ibarətdir: Oşima adası (奄美大島) Üdatekkuşima (枝手久島) Kikayşima (喜界島) Kakaeromaşima (加計呂麻島) Eniyabanareşima (江仁屋離島) Sukoimocima (須子茂島) Yoroşima (与路島) Ukecima (請島) Kiyamaşima (木山島) hamyyaşima (ハンミャ島) Tokunoşima (徳之島) Okinoerabu (沖永良部島) Yoronşima (与論島), həçmcinin bir necə qayalıq.Adalarda hazırda belə unikal endemik calıları müşahidə etmək olar: Dırmanan dovşan (lat. Pentalagus furnessi) və Amami çilingdimdyi (lat. Scolopax mira). == Tarixi == 1945 - 1953-ci illər arası adalar ABŞ işğalında olmuşdur. 1953-cü ilin milad bayramı günü ABŞ daları Yaponiyaya qaytarmışdır. == Mənbə == VikiSəyahətdə Amami Islands haqqında səyahət məlumatları var.
Amindivi adaları
Amindivi adaları (ing. Amindivi Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. == Coğrafiya == Amindivi adaları Lakkadiv adalarından şimalda yerləşir. Arxipelaqa atollar, 3 rif və 4 bankə daxildir. Amindivi adaları həmcinin sutka ərzində rekord miqdarda yağıntının düşməsi ilə tarixə keçmişdir. 6 may 2004-cü ildə adalara 1168 mm yağıntı düşmüşdür. == Tarix == Oda məlumdur ki, 1498-ci ildə Vasko da Qama adalarda olmuşdur. == Əhalisi == Adalarda 18 876 nəfər yaşayır (2001). Əhalinin 7340 nəfəri Amini adasında cəmlənmişdir.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andreyanov adaları
Adreyanov adaları (ing. Andreanof Islands, aleut. Niiĝuĝin tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Qərbdə Amçitka boğazı ilə Siçovul adalarından, şərqdə Amukta boğazı ilə Dörd Dağ adalarından ayrılır. == Coğrafiya == Adaların uzunluğu təxminən 440 km-dir. Qrupa 46 vulkanik ada və bir çox kiçik qayalıq daxildir. Delarov adaları da daxil olmaqla ümumi sahəsi 3924,737 km²-dir. Ən yüksək nöqtəsi Tanaqa vulkanıdır (1806 m). Delarov adaları Adreyanov adalarının alt qrupudur və arxipelaqın ən qərb adalarını əhatə edir. Qrupun ən böyük adaları bunlardır: Qorelı, Tanaqa, Kanaqa, Adak, Kaqalaska, Bolşoy Sitkin, Atka, Amlia və Siquam.
Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Aynov adaları
Aynov adaları (rus. Айновские острова) — Barens dənizinın Varanger-Fiord körfəzində yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinın Peçenq rayonu ərazisində yerləşir. Arxipelaq iki adadan ibarətdir Böyük Aynov və Kiçik Aynov. Srednıy yarımadasından 5 km şimalda yerləşir. Adalar arasında dərinliyi 17 metr olan boğaz vardır. Adalarda dəniz quşlar kütləvi şəkildə yuva qururlar. Adalar Kandalaş qoruğu ərazisinə daxildir. 1920–1944-cü illərdə ərazi Finlandiyaya məxsus olmuşdur.
Ayu adaları
Ayu adaları (ind. Kepulauan Ayu) — iki adadan ibarət olan qrup. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Adalar qrupu iki mərcan atolundan ibarətdir. Ən hündür nöqtəsi 106 metrdirBu adaların sahillərində Dərili tısbağalar yumurta qoyur (lat. Dermochelys coriacea).
Baham adaları
Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir. == Adın etimologiyası == Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur. == Coğrafiya == Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).