Admiralti adası
Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
== Coğrafiya ==
Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür.
== Fauna ==
Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır.