Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adult Swim
Adult Swim (translit. Edalt svim; [adult swim] olaraq üslublaşdırılıb) — axşam və gecə saatlarında fəaliyyət göstərən ABŞ televiziya kanalı. Cartoon Network-un yayımlamaq istəmədiyi böyüklər üçün serialları və verilişləri yayımlayır. "ATHF" "Off The Air" "Ventura qardaşları" (The Venture Bros.) "Qetto" (The Boondocks) "Uşaq Xəstəxanası" (Childrens Hospital) "Ev videosu" (Home Movies, bəzi seriyaları UPN göstərilib, daha sonra [adult swim] davamını sifariş etdi) "Həmişəlik ideal sad düzümü" (Perfect Hair Forever) "Kosmik ruh" (Space Ghost: Coast to Coast) "Lüsi, Şeytanın qızı" (Lucy, The Daughter of the Devil) "Metallopokalipsis" (Metalocalypse) Moral Orel" (Moral Orel) "Qiymətləndirin!" ("Check It Out! with Dr.
Internet Adult Film Database
Internet Adult Film Database (IAFD) — pornoqrafiya sənayesinə aid məlumatların onlayn verilənlər bazasıdır: aktyorlar, aktrisalar, rejissorlar, studiyalar, distribyutorlar və pornoqrafik filmlər.
Verbena adulterina
Dərman minaçiçəyi (lat. Verbena officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü. Verbena adulterina Hausskn. Verbena domingensis Urb. Verbena domingensis var. cubensis Moldenke Verbena domingensis f. foliosa Moldenke Verbena macrostachya F.Muell. Verbena officinalis var. anatolica Kereszty Verbena officinalis f. anomala Moldenke Verbena officinalis var.
Lactuca adulteriana
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Amduat
Amduat Qədim Misir kitabəsi, axirət dünyası haqqında yazılmış ən qədim əlyazma. Bu kitab həm də ondan sonra yazılmış axirət haqqındakı kitabların əsas təsəvvür mənbəyi olmuşdur.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Azula
Şahzadə Azula - Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri (2-ci sezondan (Yer kitabı) bəri).
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
ADSL
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Adəl
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Dulo
Dulo (Tuğluq)- qədim Hun-Bulqar sülaləsi. Attilanın oğlu Ernaxın nəslindən gəlirlər. Əvvəllər Göytürk xaqanlarına tabe olsalar da sonralar müstəqil olmuşlar. Sülalənin əsasını Kubrat xan qoymuşdur. Sülalə daha sonra kiçik qollara ayrıldı: Batbayan xan— Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Kotrak xan — İdil Bulqar dövlətini yaratdı. Altsek xan — Avar xaqanlığına sığınmışdı. Asparux xan — Birinci Bulqar dövlətini yaratmışdı. Kuber xan — Şimali Makedoniya bulqarlarının başçısı idi.
Dust
Dust — toz halında olan pestisid. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Cavad Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı "Təsnim" adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun "Nəhcül-bəlağə"yə yazdığı "Səluni qəblə ən təfquduni" adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan "Hikməti-mütəaliyə" əsərinə yazdığı "Rəhiqi-Məxtum" adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Cavadi Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı "Təsnim" adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun "Nəhcül-bəlağə"yə yazdığı "Səluni qəblə ən təfquduni" adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan "Hikməti-mütəaliyə" əsərinə yazdığı "Rəhiqi-Məxtum" adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Dauıt (Əbyəlil)
Dauıt kəndi (başq. Дауыт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Dauıt kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 3 km., kənd sovetliyindən (Askorovo): 3 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 50 km. Совет муниципальных образований Республики Башкортостан.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Faduit adası
Faduit adası — Seneqalın qərb hissəsində Joel-Fadiut şəhərinin ərazisində ada Adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir. Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır. Əslində isə, bu ada XIX əsrin sonlarına kimi mövcud olmamışdır. Belə ki, ada tədricən yaranmışdır. Yerli əhali molyusklarla qidalanmış və onun balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökmüşdür. Nəticədə də, süni Faduit adası peyda olmuşdur. Ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri buraya köç etmiş və materiki ada ilə birləşdirən körpü də tikilmişdir. Hazırda bu adada məşhur bir qəbiristanlıq yerləşir ki, onun məzarları da balıqqulağından hazırlanıb. Hazırda Faduit adası şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biridir.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..