ADİL
ADLI
OBASTAN VİKİ
Adilə Abbasova
Adilə Ziyat qızı Abbasova (3 avqust 1942, Zəngilan rayonu) — Fizika elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin bitirib. 1987-ci ildən Fizika-riyaziyyat elmləri doktoru olan A.Abbasova əmək fəaliyyətinə Azərbaycan EA Fizika İnstitutunda başlamışdır. 1974-cü ildən Moskvanın Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyində bölmə müdiri, şöbə müdiri işləmişdir. 1995-ci ildən Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasında professor vəzifəsində çalışmaqla yanaşı həm də Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri olmuşdur. Bir sıra beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Elmi və ictimai fəaliyyətindəki uğurlarına görə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci ilin qadını elan edilmiş, haqqında həmin Mərkəzin nəşr etdirdiyi "XX əsrin görkəmli adamları" ensiklopedik kitabına məlumat daxil edilmişdir. Monoqrafiyanın, 100-ədək elmi əsərin, 5 ixtiranın müəllifidir.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, d. 1912 – ö. 1992), Türkiyənin ilk qadın diplomatıdır. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Adilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Sultan
Adilə Sultan (23 may 1826, Konstantinopol – 12 fevral 1899, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == 23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nigahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Adilə Şahtaxtinskaya
Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis — 30 mart 1951, yenə orda) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın. == Həyatı == Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.
Adilə Əliyeva
Adilə Əliyeva — Fransada yaşayan Azərbaycan əsilli pianoçu. == Həyatı == Adilə Əliyeva Bakı şəhərində anadan olub. İlk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olub, oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. 1980-86-cı illərdə Bakının indiki Yasamal rayonunun deputatı olub. == Fəaliyyəti == 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Bu ölkələrə İngiltərə, Almaniya, Belçika, İsveçrə və s. daxildir.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 == Bədii yaradıcılığı == Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub.
Adilə Məmmədova (alim)
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adilə Sultan Qəsri
Adilə Sultan Qəsri — İstanbulun Üsküdar bölgəsində, Validəbağ qoruğu içində yer alır. Sultan Əbdüləziz tərəfindən kiçik bacısı Adilə Sultan üçün 1853-cü ildə tikdirilmişdir. Dördkünc planlı binanın girişinə iki qollu görkəmli pilləkənlərdən çıxılır. Qəsrin birinci və ikinci mərtəbələrində böyük orta dəhliz-salon var. Giriş istər birinci mərtəbədə, istərsə də ikinci mərtəbədə dəhlizə açılır. Bu məkanlar, dəhlizdən üç pillə və müqəvvalarla ayrılmışdır. Əvvəl otaq, böyük otaqlar və servis-gözləmə otaqları ilə bağlantılıdır. Hazırda müəllim evi kimi istifadə edilir. "Hababam Sinfi"nin ilk film seriyaları burada çəkilmişdir və otaqlardan biri Hababam Sinfi Muzeyi olaraq düzəldilmişdir. Memarı: Paris saint-barbe memarlıq məzunu Nigoğos Amirə Tayın, ya da qısaca Nigoğos bəydir.
Akademik Adilə Namazova (film, 2007)
Akademik Adilə Namazova filmi 2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmişdir. Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir.
Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)
Adilə Sultan (7 fevral 1887 – 7 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nigahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nigahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı.
Qeyri-adilər (roman)
Qeyri-adilər (roman) — The Story of Success Malcolm Gladwell tərəfindən yazılmışdır. 18 noyabr 2008-ci ildə Little, Brown və Company tərəfindən nəşr edilmiş qeyri-bədii kitabdır . Outliers- də Gladwell yüksək səviyyəli uğura kömək edən amilləri araşdırır. Dissertasiyasını dəstəkləmək üçün o, Kanadalı xokkey oyunçularının əksəriyyətinin niyə təqvim ilinin ilk bir neçə ayında doğulduğunu, Microsoft- un həmtəsisçisi Bill Qeytsin hədsiz sərvətini necə əldə etdiyini, Beatles-in ən uğurlu musiqi aktlarından birinə necə çevrildiyini bəşər tarixində müstəsna zəkaya malik iki insanın necə olduğunu — Kristofer Lanqan və J. Robert Oppenheimer — Cozef Flomun Skadden, Arps, Slate, Meagher və Flom-u dünyanın ən uğurlu hüquq firmalarından birinə necə qurduğu və mədəni fərqlərin qəbul edilən intellekt və idrakda böyük rol oynadığı bu qədər fərqli sərvətlərlə nəticələnir. Rasional qərar qəbulu. Nəşr boyu Qladvell dəfələrlə "10.000 Saat Qaydasını" xatırladır və iddia edir ki, hər hansı bir bacarıq üzrə dünya səviyyəli təcrübə əldə etməyin açarı, böyük ölçüdə, düzgün şəkildə məşq etmək məsələsidir, ümumilikdə təxminən 10.000 saat, baxmayaraq ki, orijinal tədqiqatın müəllifləri Gladwell-in istifadəsini mübahisə edirlər. Kitab The New York Times və The Globe and Mail üçün bestseller siyahısında bir nömrəli debüt etdi və ardıcıl on bir həftə birinci yerdə qaldı. Tənqidçilər tərəfindən ümumiyyətlə yaxşı qarşılanan Outliers Gladwell-in digər əsərlərindən daha şəxsi hesab olunurdu və bəzi rəylər Outliers-in tərcümeyi-halı kimi hiss etməsini şərh etdi. Rəylər Gladwellin kitabı yekunlaşdırmaq üçün öz keçmişi ilə nəşrin qalan hissəsi arasında qurduğu əlaqəni yüksək qiymətləndirdi. Rəyçilər Outliers tərəfindən verilən sualları da yüksək qiymətləndirdilər, fərdi potensialın cəmiyyət tərəfindən nə qədər nəzərə alınmadığını müəyyən etməyi vacib hesab edərək.
верту́шка вы́струганный зо́нтик любозна́тельный пересыла́ться рыга́ть связь теурги́ческий было́е декорати́вность иорда́нский карте́чный мокри́ца перегоня́ть помолоти́ть сталини́стка постать чалтык gliding muralist phiz-gig stocking pond кораблестроительный ступенька сутуловатость